Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın iki qonşusu uçuşları qarşılıqlı bərpa edir

Avqustun 1-dən Rusiya ilə Türkiyə arasındakı uçuşlar bərpa olunur. Azərbaycanın iki qonşusu yenidən hava əlaqəsi yaradır.

Bizimyol.info xəbər verir ki, əvvəlcə Moskva, Sankt-Peterburq, Rostovdan Ankaraya, İstanbula və geri uçuşlar təşkil olunacaq. Avqustun 10-dan Bodrum, Antalya, Dalaman hava limanlarından da istifadə ediləcək. Yəni dəniz kənarında dincəlmək istəyənlər gələn ayın ilk dekadasının sonunu gözləməli olacaq.

Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlunun sözlərinə görə, zamanla uçuşların həyata keçiriləcəyi ölkələrin, şəhərlərin sayı artacaq. Məsələn, avqustun 1-dən Rusiyadan başqa, Küveytlə, Hindistanla, Cənubi Afrika Respublikası ilə də hava əlaqəsi bərpa olunur. Virusa yoluxma sayı azalsa, bu ölkələrin sırasına Özbəkistan, Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq və Keniya da qoşulacaq.

Ümumilikdə, Karaismailoğlu nikbin olduğunu gizlətməyib. Onun fikrincə, Türkiyə koronavirusla uğurlu mübarizə aparıb və hava əlaqələrinin bərpası istiqamətində yalnız yaxşı xəbərlər gözləmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »