Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada tənəffüsdə türkcə danışan şagirdə cəza verildi - Foto

Almaniyanın Heydelberq şəhərində yaşayan üçüncü sinfi şagirdini məntiqsiz səbəbdən oxuduğu məktəbdə cəzalandırıblar. Ona tənəffüsdə sinif yoldaşı ilə türkcə danışmağı bağışlamayıblar.

Bizimyol.info xəbər verir ki, Heydelberq şəhərindəki məktəblərdən birində müəllim türk əsilli qız şagirdi ana dilində danışmağa görə cəzalandırıb. Ona başqa bir türk qızla ana dilində söhbət etməsi irad tutulub. Qıza almanca danışmağın vacibliyi haqqında məcburi mətn yazdırılıb. Mətndə deyilirmiş: “Uşaqlar məktəbdə almanca danışır. Almaniyada rəsmi dili alman dilidir. Siz bizim almanca danışmağımızı istəyirsiniz. Məktəblər alman məktəbidir. Türkcə danışanda başqa şagirdlər bizi anlamır. Ana dilində danışmamalıyıq. Çünki almancamızın daha yaxşı olması istənilir”.

Avropada tənəffüsdə türkcə danışan şagirdə cəza verildi

Qızın ailəsi dərhal məsələyə reaksiya verib. Onlar Heydelberqdə yaşayan vəkil Yalçın Tekinoğlunun xidmətinə müraciət ediblər.

Yalçın Tekinoğlu Yalçın Tekinoğlu

Vəkilin sözlərinə görə, üçüncü sinif şagirdinin anası əvvəlcə müəllimlə görüşmək qərarına gəlib. Amma həmin günlərdə karantin tədbirləri gücləndirildiyindən, müəllimlə yalnız telefonda danışmaq mümkün olub. Valideyn onun davranışına görə hiddətini gizlətməyib. Bundan sonra məsələ bələdiyyə səviyyəsində müzakirəyə çıxarılıb. Qəsəbə bələdiyyəsinin rəhbərliyi belə ayrı-seçkiliyə çox həssas yanaşdıqlarını bildirib.

Fraybuq valiliyinin sözçüsü Heyke Şpannagel məsələni ciddi araşdıracaqlarına söz verib. Onun sözlərinə görə, araşdırmanın nəticəsi məlum olmayana qədər müəllim cəzalandırıla bilməz. Üstəlik, Şpannagel əlavə edib ki, ayrı-seçkilik mühiti yaranmaması üçün bütün şagirdlərin məktəbdə eyni dildə danışması da tövsiyə olunur.

Son xəbərlər
Bütün xəbərlər »