Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
KİV: Luçesku "Dinamo"dan istefa verib
lucesku

4 gün öncə Ukraynanın "Dinamo" (Kiyev) klubuna baş məşqçi təyin olunan Mirça Luçesku istefa verib.

"Report" xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emmanuel Roşu məlumat yayıb.

Onun sözlərinə görə, həmyerlisi Kiyev təmsilçisinin azarkeşlərinin narazılığı səbəbindən bu addımı atıb.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Luçesku "Dinamo"nun sükanı arxasına iyulun 23-də keçib. 75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Rumıniyalı baş məşqçi bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib.

Qeyd edək ki, Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »