Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM-dən imtahanlarına hazırlaşan abituriyentlərə yardım

DİM koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirməkdə davam edir.

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Qeyd edək ki, videomühazirələrə bu günə baxış sayı 24103-dür. Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Videomühazirələrə  buradan  baxa bilərsiniz.

Bundan əlavə, abituriyentlər otk.az saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Hazırda saytda bütün imtahan fənləri üzrə 22890 tapşırıq yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »