Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
7 dəfə ölümdən döndü, pişik kimi 9 canlı olduğuna inandı
Məhmət Ovet

Türkiyənin Marmaris bölgəsində yaşayan 42 yaşlı, 3 uşaq atası Məhmət Ovet özünün pişik kimi 9 canlı olmasına inanır.

Bizimyol.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Məhmət Ovetin 7 dəfə ölüm təcrübəsi yaşamasıdır. O 3 dəfə hüdürmərtəbəli binadan yıxılıb, bir dəfə yüksək gərginlikli elektrik cərəyanına tuş gəlib, bir dəfə ağır avtomobil qəzası keçirib, bir dəfə boğularaq kliniki ölüm keçirib, bir dəfə də ov tüfəngi ilə 15 güllə yarası alıb. Məhmət bəy zarafatla özünə “pişik kimi 9 canlıyam, artıq 2 canım qalıb” deyir.

Elektronika mühəndisi olan Mehmet bəyin ölümlə ilk gizlənpaç oyunu 7 yaşında başlayıb. O zaman evlərinin balkonundan yıxılan uşaq 4 gün reanimasiyada qaldıqdan sonra komadan ayılıb.

7 ay sonra dənizdə üzərkən dəniz ilbizləri bədənində kəsiklər açdığı üçün suda huşunu itirib və boğulub. Onu 9 metr dərinlikdən balıqçılar tapıb çıxarıb.

1991-ci ildə lift təmir edərkən elektrik cərəyanı vuran Məhmət yenidən ölümlə üzləşib. Sağalıb normal həyatına davam etdiyi günlərin birində çoxmərtəbəli binada antena quraşdırarkən 10 metr yüksəklikdən sürüşüb yıxılıb və yenidən reanimasiyaya düşüb.

Son dəfə tüfənglə yaralanması da tamamilə təsadüfü olub, dalaşan iki dəstənin arasında qalan Məhmətin bədəninə aldığı 15 güllə yarası onu düz 4 ay ölümə sürükləyib. Hələ də bədənində 4 qırma qalmaqdadır. Həkimlər çıxarılmasının mümkün olmadığınıl deyirlər. Əl atdığı hər işdə ölümlə rastlaşdığını deyən Məhmət bu aralar həyatını dəniz sahilində qarğıdalı satmaqla keçindirir.

İlhamə

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »