Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ən uzunömürlü Siam əkizləri vəfat etdilər - Video
Əkizlər

ABŞ-da yaşayan Ronni və Donni Qeylonlar 69 yaşlarında həyata vida etdilər. Onlar Ohayo ştatında, doğma Deyton şəhərində məzara tapşırılıb.

Bizimyol.info-nun məlumatına görə, Siyam əkizləri 1951-ci il 28 oktyabrda dünyaya gəlmişdilər. Başları və ayaqları ayrı olsa da, bədənləri birləşik idi, buna görə onları bir-birindən ayırmaq mümkün olmayıb.

Doğulduqdan sonra 2 il xəstəxanda qalan və həkimlərin nəzarəti altında yaşayan uşaqların ayrıla bilməyəcəyi məlum olduqdan sonra, 3 yaşlarından etibarən onlar məşhur “Çirkinlər sirkində” 1991-ci ilə qədər ekponat kimi iştirak etməyə başlayıblar. Çünki doğulduqları kasıb ailədə onlardan başqa 7 uşaq da yaşayırdı. Qazandıqları vəsaiti yalnız öz müalicələrinə ayıra bilirdilər. Əkizlər heç bir təhsil almamışdılar, çünki müəllimlər onların digər uşaqların fikirlərini həddən artıq yayındırdıqlarını deyirdilər.

Onlar ömürləri boyu görəcəkləri işi sinxron şəkildə yerinə yetirməyi öyrəndilər. Uşaqkən çox dalaşdıqlarını desələr də, ömür boyu bir- birlərinin ən yaxın dostu olublar.

2009-cu ildə Ronnidə ağciyərlərdə virus infeksiyası səbəbilə tromb yarandı və tezliklə bu virus Donniyə də keçdi. Daxili artritdən əziyyət çəkən qardaşalrı bu xəstəlik daha da zəif saldı.Xəstəliyə yoluxduqdan sonra onlara balaca qardaşı Cim və onun xanımı hamilik edib.2014-cü ildə qardaşlar ən uzunömürlü Siam əkizləri kimi Ginnesin rekordlar kitabına daxil ediliblər. Ömürlərinin son ilində inaələr hesabına yaşayıblar.Ölməzdən öncə verdikləri reportajlardan birində qardaşlar həyatda ən qorxduqları şeyin birinin digərindən tez ölməsi qorxusu olduğunu deyiblər. Siam əkizlərindən biri ölərsə digərinin ölümü də labüd olur.

İlhamə

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »