Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qriplə koronavirusu bir-birindən necə ayırd etməli... - Tanınmış həkim danışır

Moskva Səhiyyə Departamentinin təcili yardım xidmətinin baş mütəxəssisi Andrey Tyajelnikov koronavirusla qripi bir–birindən necə fərqləndirmək barəsində danışıb.

Bizimyol.info Rossiya1 kanalına istinadən xəbər verir ki, həkim virusun hər kəsin orqanizmində özünü fərqli şəkildə göstərdiyini deyib.

“Temperaturin anidən kəskin qalxması, hətta 40 dərəcəyə çatması, zəiflik, bütün bədəndə əzginlik qripə xas xüsusiyyətlərdir. Koronavirusa yoluxan şəxslər adətən, dad və iybilmə qabiliyyətlərini itirirlər. Koronavirus infeksiyası sona qədər öyrənilməyib. Biz ağciyərləri ciddi şəkildə zədələnmiş, lakin heç bir simptom göstərməyən şəxslər görmüşük. Tibbi qaydalara görə, onlar özlərini çox pis hiss etməliydilər, lakin bu adamlarda pnevmoniyaya xas heç bir ağırlaşma müşahidə olunmayıb”,- deyən həkim vətəndaşlara payızda qripə və pnevmokoka qarşı peyvənd vurdurmağı tövsiyə edib.

“Qrip vaksinasiyası bu dövrü sakit və rahat keçirməyin əsas elementlərindən biridir”,- deyə təcili yardım həkimi vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »