Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyası “Məzun günü” ilə bağlı onlayn kompozisiya təqdim edib
Dövlət Gömrük Komitəsinin Akademiyası

Dövlət Gömrük Komitəsinin Akademiyasının 2019/2020-ci tədris ili məzunlarının onlayn buraxılış mərasimi keçirilib.

Bizimyol.info xəbər verir ki, DGK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Akademiya rəisi Qulu Novruzov bu tədris ilində Akademiyanın 3-cu buraxılışı olduğunu, buraxılış mərasiminin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb.

Qulu Novruzov məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. O, bu ilki məzunların təhsildəki nəticələri və Akademiyanın ictimai-sosial həyatındakı uğurlu fəaliyyətindən söz açıb, həmçinin tələbələrin valideynlərinə təbriklərini ünvanlayıb.

Məzunları Akademiyanın rəis müavinləri də təbrik edib, həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar.

Sonra məzun-tələbələr Akademiyada təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini bildiriblər, bütün məzunlar adından təşəkkürlərini çatdırıblar.

Sonda Akademiyanın xor qrupu, rəqs qrupunun üzvləri olan tələbələrin ifasında şeir və mahnılar səsləndirilib.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »