Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş sevgilisini öldürən kafe sahibinin iş yerini bağladılar, divara “qatil” yazdılar - Foto

Türkiyədə tələbə qızın xüsusi amansızlıqla öldürülməsi iyulun ortalarından müzakirə olunur.

Sonradan Pinar Gültekini keçmiş sevgilisi Cemal Metin Avcının qətlə yetirdiyi üzə çıxmışdı.

Keçmiş sevgilisini öldürən kafe sahibinin iş yerini bağladılar, divara “qatil” yazdılar

Bizimyol.info xəbər verir ki, 27 yaşlı tələbənin qatilinə qarşı böyük qəzəb var. Cemal Metin Avcının iş yeri bağlanıb. Kafenin şüşələri sındırılıb, divarlara “qatil” sözünü yazıblar.

Pinar Gültekinin iyulun 16-da yoxa çıxması xəbəri yayılmışdı. Polis tezliklə Cemal Metin Avcını əsas şübhəli şəxs kimi saxlamışdı. Çox keçməmiş ondan etiraf gəlmişdi. Qızın keçmiş sevgilisi onu nahara çağırdığını, münasibətlərin bərpası üçün dilə tutduğunu danışmışdı. Pinar razılaşmayıb sevgilisi olduğunu deyəndə Cemal özündən çıxaraq, onu öldürmüşdü. Sonradan isə meyiti yandırmaq qərarı vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »