Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ilk dəfə PR mövzularını əhatə edəcək veriliş yayımlanacaq
dilara_352
Azərbaycanda ilk dəfə olaraq "Səs TV" internet televiziyasında PR mövzularını əhatə edəcək yeni veriliş yayımlanacaq.

Bu barədə məlumat verən “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova deyib ki, veriliş ilk mərhələdə, ayda 2 dəfə efirə çıxacaq.

Onun sözlərinə görə, PR sahəsi hazırda çox aktualdır və bu sahəyə böyük ehtiyac var. Bunun üçün belə verilişin açılmasına ehtiyac yaranıb. Verilişdə, həmçinin Azərbaycanın tanınmış PR menecerləri dəvət olunacaq. Onlar bu sahədə qazandıqları təcrübələri bölüşəcəklər.

Verilişdə əsasən PR işinin məqsəd və prinsipləri, PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətləri haqqında danışılacaq.

D.Zamanova, həmçinin qeyd edib ki, Azərbaycanda PR mövzularının geniş təbliği və ictimaiyyətə çatdırılması üçün il ərzində də "Excelsior Hotel Baku" oteli PR mövzusunda tələbələr, şirkət menecerləri üçün təlimlər keçirilir.

Paylaş »
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Stalin nə qədər pul qazanmışdı?
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Heç kimə xəbər vermədən 7 qadınla evləndi: Həftənin hər gününü bir qadınla keçirirmiş
Son xəbərlər
Bütün xəbərlər »