Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda marketlərdə maska taxmayanlar cərimələnib - Fotolar

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etmələri vacibdir.

Bakıda marketlərdə maska taxmayanlar cərimələnib - Fotolar

Eləcə də, fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.

Bakıda marketlərdə maska taxmayanlar cərimələnib - Fotolar

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Bakıda marketlərdə maska taxmayanlar cərimələnib - Fotolar

Son xəbərlər
Bütün xəbərlər »