Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş arvadı Elton Condan 3,8 milyon təzminat tələb etdi
Elton Con

Britaniyalı müğənni-bəstəkar Elton Conun keçmiş həyat yoldaşı Renata Blauel onu məhkəməyə verərək 3,8 milyon dollar təzminat tələb edib.

Virtualaz.org bildirir ki, keçmiş xanımı ifaçını 1988-ci ildə bağladıqları boşanma müqaviləsini pozmaqda ittiham edib. Belə ki, Blauelin sözlərinə görə, Elton Con “Roketmen” avtobioqrafik filmində Renata ilə ər-arvad münasibəti haqqında həddindən çox danışıb. Elton Conla Renata Blauel boşanan zaman nikahları və şəxsi münasibətləri, eləcə də boşanma səbəbi haqda danışmamaq barədə razılığa gəlsələr də, müğənni bu anlaşmanı pozub.

Qeyd edək ki, Elton Conla səs rejissoru olan Renata Blauel 1984-cü ildə Avstraliyada ailə qurublar. Cütlük 1988-ci ildə Elton Conun homoseksual olduğunu elan etməsindən sonra boşanıb. Hazırda Elton Con həmcinsi Devid Fernişlə evlidir, onların 7 və 9 yaşlı iki oğlu var.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »