Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikada 10 mindən çox tibb işçisi koronavirusa yoluxub

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 800 min nəfərdən çoxdur, 17 mindən artıq insan isə həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Qeyd olunub ki, Afrikanın 40 ölkəsində 10 mindən çox tibb işçisi də yeni növ koronavirusa yoluxub. ÜST-nin bu qitə üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, qlobal miqyasda həkimlərin ən çox COVID-19-a yoluxduğu məkan Afrikadır. Onun sözlərinə görə, bu, qitə ölkələrindəki xəstəxanalarda qoruyucu geyimlərin çatışmazlığı və şəraitin qənaətbəxş olmaması ilə əlaqədardır.

ÜST-nin məlumatında qeyd olunub ki, hazırda pandemiyanın ən çox yayıldığı Cənubi Afrika Respublikası, Misir və Çadda yoluxma halları azalsa da, qitənin qərb regionunda COVID-19 sürətlə yayılmaqdadır.

Təşkilatın nümayəndəsi inkişaf etmiş ölkələri Afrikaya daha çox yardım etməyə çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »