Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevdə ermənilər azərbaycanlı tələbələri güllələyib

Ukraynanın paytaxtı Kiyevdə ermənilər dörd azərbaycanlı tələbəyə atəş açıb, onlardan ikisi yaralanıb.

Oxu.az xəbər verir ki, insident ötən gün yerli vaxtla 21:30-da qeydə alınıb.

Məlumata görə, azərbaycanlı tələbələr evə qayıdan zaman Ermənistan qeydiyyat nömrə nişanlı avtomobili binanın həyətində görüblər.

Bu zaman maşın sahibi tələbələrin ona diqqət yetirdiyini görüb və mübahisə etməyə başlayıb. Mübahisəyə daha bir erməni qoşulub.

Ermənilərdən biri silahla atəş açıb və hadisə yerindən qaçıblar. İki azərbaycanlı tələbə yaralanıb. Hadisə yerinə polis və təcili yardım maşınları çağırılıb.

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs - 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »