Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Polis avtomobili saxladı, sərnişin düşüb qaçdı
narkotik

Bakıda saxlanılan avtomobilindən narkotik vasitə aşkarlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-ü saat 23 radələrində Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sərnişin oradan qaçıb.

Şəxsi axtarış zamanı T.Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan artıq metamfetamin və 28 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »