Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qara Qarayevin oğlu Moskvada Rusiya jurnalistlərinə tutarlı dərs verdi... - Video
Fərəc Qarayev

Azərbaycanın məşhur bəstəkarı Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayev ORT kanalının “ Vremya pokajet” verilişinin aparıcıları Anatoli Kuziçev və Artyom Şeyninə peşəkar “dərs” verib.

Adı çəkilən jurnalistlər əksər rusiyalı teleaparıcılar kimi 20 iyul verilişində Azərbaycan-Ermənistan sərhədində baş verənləri, Fud Siti olaylarını və ümumiyyətlə, Qarabağın işğalını birtərəfli, yəni ermənipərəst mövqeyindən şərh ediblər.

Qeyd edək ki, bu, onların daimi mövqeləridir və Rusiya KİV-ləri üçün xarakterik haldır. Professor Fərəc Qarayev müraciət etdiyi videoda haqlı sual verir ki, əgər Rusiyanın ərazisini, konkret olaraq Krımı və Krım ətrafındakı Rusiya ərazisinin 20 faizini ( bu isə Rusiyanın bütün Avropa hissəsi deməkdir- qeyd F.Qarayevindir) Ukrayna işğal etsəydi siz onlara haqq qazandırardınızmı?

İkincisi, belə bir vəziyyətdə Belarusda Ukrayna ticarətçiləri Rusiya bazasına meyvə gətirsəydi və bir neçə gün əvvəl də Rusiya generalı Ukrayna tərəfindən öldürülsəydi, deyərdinizmi ki, yaxşı eləmisiniz, buralar sizə qurbandır?

Moderator.az professor Fərəc Qarayevin sözügedən videosunu təqdim edir:

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »