Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Unibank yeni nəsil smart kassaları istifadəyə verib
smartkassa-uni

Unibank partnyoru olan biznes sahiblərinin ödəniş, uçot sitemi və digər funksiyalar üçün bir neçə cihazdan istifadəsinə artıq ehtiyac yoxdur.

Bank kiçik və orta biznes sahibkarları, pərakəndə satış nöqtələri, kafe və restoranlar, xidmət sahələri və çatdırılma xidmətlərinin müştəriləri üçün smart kassa cihazlarını istifadəyə verib. “Unibank”ın yeni nəsil smart POS-terminalları özündə POS-terminal və kassa aparatını birləşdirməklə bərabər, ƏDV qaytarılması, uçot sistemi, taksitli ödəniş, cash back hesablanması, kamera, təmassız ödənişlərin qəbulu, tam sensor ekran və digər müasir yenilikləri cəmləşdirir. Yeni nəsil smart kassalar biznes sahiblərinin əlavə vaxt itkisinin də qarşısını almış olacaq. Yeni nəsil smart kassaları Android əməliyyat sistemi əsasında fəaliyyət göstərir və özündə aşağıdaki xüsusiyyətləri daşıyır:

· Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə məsafədən idarə olunma;

· Kart olmadan smartfonlar vasitəsilə təmassız ödənişlərin qəbulu;

· Ekranda müştərinin imza atma və imzanın çekdə əks olunması imkanı;

· Taksitlə (aylara bölünməklə ödəmə) ödənişlərin qəbulu;

· Cashback, millərin və uBank bonusların dərhal hesablanılması;

· BarCode və QR Code-ların skan olunması;

· Yaddaş kartının dəstəklənməsi;

· Ekranda video rolikin əks olunması;

· Bluetooth dəstəklənmə;

· Foto və video kamera;

· Printer funksiyası;

· POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları;

· Wifi və GPRS kanalları ilə şəbəkəyə qoşulma imkanları;

· Rəngli və touchscreen ekran;

· Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanı.

Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar “Unibank”a müraciət edə bilər.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »