Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Düşmən ASALA xəttini ortaya qoyur"

Əziz Əlibəyli: "Ermənilər kimi hərəkət edib tələyə düşməməliyik"

Hazırda dünyanın müxtəlif ölkələrində erməni duaspor nümayəndələrinin həmin ölkələrdəki səfirliklərimizə, soydaşlarımıza və vətəndaşlarımıza hücumları təşkli olunur.

Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Mərkəzinin rəhbəri Əziz Əlibəyli Bizimyol.info- ya müsahibə verib.

-Törədilən vəhşilik, qəddarlıq haqqında nə deyə bilərsiniz? Bu, erməni-azərbaycanlı konfliktinin beynəlxal müstəvidə güc tətbiqinin yeni formasıdırmı? Bu hücumlar hansı nəticələr doğura bilər?

-Hesab edirəm ki, azərbaycanlıların güc nümayişini başa düşmək lazımdır. Amma baş verən hadisələrin ermənilərdən qisas almaq və onların etdiyi hərəkətləri təkrarlamaq, hisslərlə hərəkət etmək, publikaya hazırlanmış formalarda tələyə düşmək prosesin sonrakı mərhələsində ciddi problemlərə gətirib çıxarda bilər. Düşmən tərəfi açıq formada faşizm, ASALA-nın dəst-xəttini ortaya qoymaqdadır. Bizim qeyri-siyasi yolla cavabımız DİFAİ üsulu cavab ola bilər. Amma bunların heç biri çxış yolu deyil. Azərbaycanlılar bir dəfə - 90-cı illərdə bu cür yolla – pafos, söz yığını, düşməni ciddiyə almamaq kimi yanaşmalarda uduzdu. Amma biz nəticə çıxarmalıyıq və ilk növbədə düşmənə qarşı cəbhəni qarşıdurma səviyyəsindən siyasi, elmi və hüquqi müstəviyə daşımalıyıq. Təcili formada güclü vəkillərlə iş qurulmalı, müqavilə bağlanmalı, lobbi işi aparılmalı, dünyanın nüfuzlu ölkələrinin parlamentlərinə seçilməli, elm mərkəzlərinə alimlər verməli, bir sözlə, mübarizənin xarakterini dəyişməklə ermənilərin ideoloji xəttini də poza bilərik. Baxın Feysbukda vəzifə daşıyan Mariam Sulakyana. Qarabağa dair, anti-erməni məzmunlu Azərbaycan səhifələrini bağlamaqla işini görür. Bu cür işləmək lazımdır.

- Bu baş verənləri erməni terrorizminin yeni bir dalğası saymaq olarmı?

-Şübhəsiz ki, ermənilərin terrorundan əziyyət çəkən xalqlardan biri kimi onları çox yaxşı xatırlayırıq. Onlarla terror təşkilatı, Livanda, Fələstində, Suriyada, Avropada killer kursları keçən terrorçular, Monte Melkonyan kimi faşistlər, Xocalı soyqırımı, Bakı metrosunun partladılması, Cumhuriyyət xadimlərimizin şəhid edilmələri və daha nələr... Bütün bunlar bizə tarixi və düşmənimizi açıq şəkildə xatırladır. Hazıda ermənilərin soydaşlarımıza hücumları özünü primitiv mərhələsini yaşamaqda olsa da, Los- Ancelsdə, Brusseldə, Axalkalakidə baş verənlər göstərir ki, ikinci mərhələdə ASLA, Qnçaq, Daşnaksütun kimi radikallar, terrror qruplaşmaları fəaliyyətə keçə bilər. Hansı ki, onların böyük bir hissəsi işğal altında lan Dağlıq Qarabağdakı poliqonlarda yetişdirilir. Biz bütün bunlara qarşı eyni qaydada cavab verə bilmərik, həm human rersurslarımızın hazırlığı adekvat deyil, həm də səsimiz o qədər də uca çıxmır.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »