Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İspaniyada Ermənistanın səfirliyi qarşısında keçirdiyimiz etiraz aksiyasında ermənilər bizi təhqir etdilər” - Diaspora rəhbəri

“Bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı və həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması faktlarını görürük. Eləcə də, ermənilər səfirliklərimizə qarşı vandallıq aktları törədirlər”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri, Qərbi Azərbaycan İctimayi Birliyinin İspaniya nümayəndəliyinin sədri Vahid İmanov bildirib.

Diaspora rəhbəri bildirib ki, xaricdə yaşayan azərbaycanlıların erməniləri döyməsi halları bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə qarşı vandallıq aktlarının törədildilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır: “Ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün növbəti dəfə təxribata əl atdılar və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa, "azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı" tipli dezinformasiya yaymağa çalışırlar”.

Vahid İmanov diaspora təşkilatlarını həmrəy olmağa, birlikdə işləməyə çağırıram: “Birlik olduğu zaman ermənilər həmişə bizim qarşımızda aciz olublar və olacaqlar.

İyul ayının 21-də İspaniyanın paytaxtı Madriddə Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçirdik. Həmin aksiyada səfirliyin əməkdaşları və digər ermənilər bizi təhqir etdilər”.

V.İmanov bildirib ki, Avropada irəli çəkilən diaspora rəhbərləri müqəvva kimidir, iş görmürlər: “Onların əvəzinə iş görənləri önə çəkmək və dəstək olmaq lazımdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »