Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mədəndən tapdığı almaz gəncin həyatını dəyişdi - Video

Mədəndə işləyən gənc 10,69 karatlıq almaz tapıb.

“The Sun” nəşrinin verdiyi məlumata görə, hadisə Hindistanın Madhya-Pradeş ştatında qeydə alınıb.

Mənbə yazır ki, Anandilal Khuşvaha icarəyə götürdüyü mədəndə işləyərkən qiymətli daş tapıb.

Almazın 5 milyon rupi (113 847 AZN) dəyərində olduğu bildirilir. Qiymətli daş auksionda satışa çıxarılacaq.

Khuşvaha pulu mədəndə işləyən doqquz işçi arasında bərabər şəkildə böləcəyinə söz verib.

“Son altı ayda kollektiv səyimiz nəticəsində biz bu qədər qiymətli daşı tapa bildik”, - deyə o bildirib.

Özünə qalan pulları isə o, oğlunun və qızının təhsilinə xərcləməyi düşünür.

“Bir şeyi dəqiq bilirəm: mədən icarəyə götürməyə davam edəcəyəm”, - deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »