Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustda uğur qazanacağı gözlənilən bürclər

İyulun başa çatmasına çox qalmayıb. Amma yaydan tam əlini üzməyə dəyməz. İrəlidə avqust var.

Bizimyol.info xəbər verir ki, astroloqlar gələn ayın daha çox 4 bürc üçün düşərli olacağını ehtimal edir. Bu bürclər altında doğulanları müxtəlif xoş sürprizlər gözləyir.

Qoç – Son aylar çox gərgin çalışırdılar. Bəzən şəraiti qiymətləndirməyə aman olmurdu. Buna görə səhvlər də ortaya çıxırdı. Avqustda həyat qaydasına düşməyə başlayacaq. Gərginlikdən, xoşagəlməzliklərdən uzaq qala biləcəklər. Əvvəlki səhvləri müəyyənləşdirməyə macal tapacaqlar. Beləcə, uğurlar dönəmi başlayacaq.

Qoç bürcü Qoç bürcü

Buğa – Avqust qeyri-adi zaman dövrü olacaq. Buğalar adi həyat keçirməyə alışıblar. Onlar problemlərə dözüb şəraitə uyğunlaşmağa öyrəşiblər. Əsas odur ki, irəli addım atmaq lazım gəlməsin. Hər yeni şey onları qorxudur. Amma avqustda hər şey dəyişəcək. Buğalara çoxlu enerji və güc gələcək. Keçmişi geridə qoya biləcəklər. Gələcəyə kin və problemlər daşımayacaqlar.

Buğa bürcü Buğa bürcü

Əkizlər – Çox gözəl dönəm olacaq. Bütün xoşagəlməzlikləri bir kənara tullamaq lazımdır. Düzdür, Əkizlər məsuliyyətdən qaçan olurlar. Sadəcə, bu dəfə hər şey gözəl olacaq. Mötəbər insanla tanışlıq yaranacaq. Sürətlə irəliləyəcklər.

Əkizlər bürcü Əkizlər bürcü

Balıqlar – Çox çətinliklərdən keçəcəklər. Üzərinə məsuliyyət götürməyi xoşlamasalar da, bütün çıxılmaz görünən situasiyalarda həll yolu tapmağı bacaracaqlar. Çox əziyyət də çəkməyəcəklər. Uğurlar bir-birini əvəz edəcək.

Balıqlar bürcü Balıqlar bürcü
Son xəbərlər
Bütün xəbərlər »