Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın 15 ən güclü xüssusi təyinatlı dəstəsi

Günümüzdə antiterror fəaliyyəti getdikcə aktuallığını artırır.Buna görə hər dövlətdə xüsusi təyinatlı dəstələrin öz peşəkarlığını artırmasına xüsusi diqqət yetirilir. Bu dəstələrin üzvləri fiziki, psixoloji hazırlıqları, yüksək peşəkarlıqları ilə seçilirlər.

Bizimyol.info dünyada ən yaxşı hesab edilən xüsusi təyinantlıların siyahısını təqdim edir.

Tayvan XTD -2013-cü ildə Tayvan xüsusi təyinatlıları qara rəngli güllə keçirməz xüsusi uniforma ilə təhciz olundular. Bu uniforma döyüşçünü başdan ayağa örtür. Komplektə ballistik maska da daxildir ki, bu 9mm-lik güllələrin əksəriyyətindən öz sahibini qoruyur.

Filippinin reyncer skautları

Dünyanın ən yaxşı partizan müharibəsi aparmaq qabiliyyətinə malik döyüşçülər Filippinin skaut reyncerləri hesab olunurlar.Onlar cəngəllikdə hamıdan yaxşı döyüş qabiliyyətinə malikdirlər.Bu dəstəyə üzv olmaq qistəyən namizədlər ən sərt sınaqlardan keçirlər.

Kanadanın birləşmiş operativ qrupu Joint Task Force 2, JTF2 dünyanın ən gənc təyinatlılarından sayılırlar. 1993-cü ildə yaradılıb.Məxvi əməliyyatlara gedirilər.Barəsində çox az məlumat var.Kanadada bu dəstə barəsində məlumat verilməsi qadağandır.

İsrailin Sayaret Matkal dəstəsi.Onlar həm ölkə daxilində, həm də xaricində əməliyyatlara göndərilirlər. Ümumən 19 ay çəkən təlimlərdə 4 ay piyada baza təlimləri, 2 ay xüsusi gücləndirilmiş təlim, 3 həftə paraşütdən atlama, 5 həftə antiterror əməliyyatlarına hazırlıq gedir.

Fransa Jandarmeriyasının GIGN, Groupe d’Intervention de la Gendarmerie Nationale Fransanın təcili Müdaxilə dəstəsidir, devizi “Öz həyatını qurban edrək həyat qurtarmaq”dır.1972-ci ildə Fransada terrorçular 11 idmançını Olimpiya oyunlarında girov götürüb öldürdükdən sonra belə bir dəftənin yaradılmasına qərar verilib.

Pakistan xüsusi təyinatlıları da dünyada ən çox saylı və dözümlü döyüşçüləri ilə tanınır. Hər birində 700 nəfər olan 8 batalyindan ibarətdir. Hər namizədin 2 il döyüş stajı olmalıdır. Daha sonra 9 aylıq sərt sınaqlar başlayır. Məsələn 60 kilometr ərazidə yüklə 12 saat dayanmadan qaçış sınağını yalnız 5 faiz döyüşçü keçə bilir.

Danimarka kral flotunun xüsusi təyinatlıları 1957-ci ildə yaradılıb. 50 nəfərlik qrupun hər üzvü özünəməxsus xüsusi proqramdan keçib.Bu günə qədər yaxşıların yaxşısının seçildiyi bu dəstəyə cəmi 311 nəfər daxil olub.

İtaliyanın GIS qrupu-1977-də yaradılıb.150 nəfərlik dəstənin bir çox üzvləri peşəkar atıcı və snayperlərdir.Əsasən uşu, muay tay döyüş növlərinə üstünlük verirlər.

ABŞ dəniz pişikləri həm yüksək hazırlığı həm də yüksək ekipirovkası ilə seçilir. 2011-ci ildə Ben Ladeni məhv etmələri ilə öyünürlər.Üzv olmaq istəyənlər 460 metri 12 dəqiqəyə üzməli, 2,5 kilometri 10 dəqiqəyə qaçmalıdırlar.

Hindistanın MARCOS qrupu. Bu qrupun təkcə 9 üzvü İran yük gəmisini qaçaqmalçı silah alverçiləri ilə birlikdə zəbt etmişdi.

Cənubi Koreyanın 707-ci batalyonu 1988-ci ildə Seul Olimpiadasından öncə yaradıldı. 200 kişi və qadından ibarətdir.Ağ Pələng adlı dəstə hücum və dəstək qruplarından ibarətdir.Döyüşçülər 0 dərəcədə belə suda üzməyi bacarmalıdırlar.

ABŞ-ın Yaşıl beretliləri- Partizan döyüşləri üçündür. Xüsusi əməliyyatları yerinə yetirən bu yarım əsrdən çox yaşı olan dəstə “Əzablardan azad” devizi ilə işləyir.

Britaniyanın SAS xidməti. Dünyanın ən güclülərindən hesab olunur.

Polşanın JW GROM xidməti (ildırım) vətəni qorumaq üçündür, ən ağır testləri də psixoloji testlər hesab edilir.

Rusiyanın Alfa qrupu -1974-cü ildə Andropovun zamanında yaradılıb. Bəziləri A hərfini onun adına bağlayırlar, bəzilərinə görə, bu antiterror deməkdir

Adlarını çəkdiyimiz qrupların hamısı Super SWAT International Round-Up komanda oyunlarının qalibləri olublar.

Azərbaycanın da öyünəcək qartalları var.

-Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılar (Turan, Yarasa, Kobra və s.)

-Hərbi-dəniz qüvvələrinin 641saylı Dəniz Əməliyyatları Dəstəsi (NavySEALs)

-Daxili Qoşunların hərbi hissələr üzrə xüsusi təyinatlıları.(Pələng, Vaşaq, Kobra, Bəbir, Gürzə və s.)

-Daxili İşlər Nazirliyi Xüsusi təyinatlı polis dəstələri.

-Milli Ordu Kəşfiyyat-Diversiya Dəstələri (hərbi hissə üzərinə)

-Milli təhlükəsizlik Nazirliyi “Qartal” xüsusi təyinatlıları.

-Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölükləri

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »