Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus pandemiyası zamanı qoruyucu profilaktiki üsullar

Koronavirusun pandemiyası zamanı bütün dünyada baş vermiş çaşqınlıqların yaranması təhsil sistemlərinin yarıtmazlığının nəticəsidir. Son illərin cəlbedici rabitə “oyuncaqlarının” şüurları fəth etməsi insanları klassik maarifləndirmə üsullarından uzaqlaşdırmışdır. İndi heç kim öyrənmək istəmir, hamı hazır cavab almaq eşqindədir. Kimdən nə soruşursan, deyir telefonda var, bu saat deyim, vurma cədvəlindən tutmuş, fəsillərin ardıcıllığına kimi.

Qərəz, heç kim fikirləşmək, hesablamaq, düşünmək istəmir. Yəni, beyinlərdə sintez prosesi getmir, beyin məşqdən qalır. Düşüncə prosesində sintezin olmaması qavrama prosesinin tükənməsinə gətirib çıxarır. Nəticədə insanları bütün canlılardan fərqləndirən təfəkkür - insani təfəkkür ləngiyir. Yer üzünün əşrəfi sayılan insan ona məxsus ən ali keyfiyyətini itirir. Ən sadə sualların cavabını telefonda və ya bilgisayarda axtarmaq insan idrakına düşən işığın qarşısını kəsmək kimi bir şeydir.

Koronavirus əsrlər boyu dünyada bənzəri olmayan Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi - Nasiri” kitabında Məhəmməd Nəsrəddin Tusinin ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürlərini, etik-fəlsəfi fikirlərini alt-üst edəcək. Ümumbəşəri hesab olunan mövcudata baxışı və insanların düşüncə tərzini labüd-qlobal dəyişikliklərə uğradacaqdır. Ona görə də azacıq imkanı olan hər kəs biliyini və bacarığını məhz koronavirusla mübarizəyə yönəltməlidir. Qətiyyən düşünmək lazım deyil ki, birdən deyilənlər və ya yazılanlar kimlərinsə xoşuna gəlməz. Eyib etməz, təkliflər nə qədər çox olarsa yekun nəticə bir o qədər qaneedici olar. Televiziya kanallarımızın aparıcıları da koronavirus pandemiyası ilə bağlı söhbətləri daha yüksək səviyyədə aparmaq məqsədilə tanınmış professorları tez-tez verilişlərə dəvət edərək onlardan xəstəliyin profilaktikası barədə göstərişlər istəyirlər. Onlar da elektron informasiya yayımlarından əldə etdikləri bilgilərdən danışıb sonda ən sadə, ən asan başa gələn soğan, sarımsaq və son zamanların ən qüdrətli əlacı zəncəfili müxtəlif variantlarda xalqa təqdim edirlər. O saat yadıma rəhmətlik Bəhlul Danəndə ilə bağlı bir olay düşür. Məlumdur ki, Bəhlul Danəndə X əsrdə, yəni min il öncə Bağdadda yaşayıb və dövrünün tanınmış müdriklərindən olub. Atası, Bağdadın hökmdarı rəhmətə gedəndə o, böyük qardaş kimi taxt-taca sahib olmalı imiş. Lakin Bəhlul normal insan ömrü yaşamaq naminə səltənəti kiçik qardaşı Harun-Ər-Rəşidə verir, özü isə haqq-ədalət carçısı kimi sadə, azad, sərbəst həyat sürür. Ağıllı olduğuna görə el arasında ona Bəhlul Danəndə (bilici deməkdir) kimi müraciət edirmişlər. Çox vaxt o, həqiqəti tam çılpaqlığı ilə deyə bilməsi üçün özünü dəliliyə də vurarmış. Odur ki, onun ikinci ləqəbi Bəhlul Divanə olub.

Bir dəfə işi gətirməyən tacirlərdən birisi, indiki anlamda iş adamı, Bəhlula yaxınlaşıb deyir: Bəhlul Danəndə, mənə bir məsləhət ver, mən nə alım, nə satım, dolana bilmirəm. O da deyir ki, dəmir al, kömür al, vur anbara, bir az da üstünə su səp. Su tökəndə kömür islanır və zaman keçdikcə çəkisi itmir. İş adamı elə də edir. Aylar keçir, mallar qalır anbarda. Alan olmur. Nəhayət, qışın ortasında qonşu ölkənin hökmdarı müharibə etməli olur və başlayır dəmir kömür axtarmağa ki, kömürü yandırıb dəmiri əritsin və çoxlu silah düzəltdirsin. Nəhayət, soraqlaşıb gəlib taciri tapırlar və onun kömürü ilə dəmirini qızıl qiymətinə alırlar. Biznesmen şellənir nə şellənir. Günlərin birində eyvanda oturub məzələnəndə görür ki, Bəhlul küçə ilə gedir. Tez adamlarını göndərib onu dəvət edib “Bəhlul Divanə, bəs indi mən nə alım, nə satım”- deyəndə Bəhlul o saat deyir ki, indi isə soğan al, sarımsaq al vur anbara, bir az da üstünə su səp. Biznesmen də gedib əlində olanın hamısını çoxlu soğan, sarımsaq alır vurur anbara, üstünə də xeyli su səpir. Tez bir zamanda sulanmış soğan, sarımsaq göyərib çürüyür. Kişinin olan-olmazı hamısı batır. Yəni, müasir baxımdan kişi olur bankrot. Tez gedib Bəhlulu tapıb, əhvalatı ona danışanda Bəhlul deyir: Birinci dəfə sən mənə Bəhlul Danəndə deyib müraciət edəndə mən sənə ağıllı məsləhət vermişdim. İkinci dəfə Bəhlul Divanə deyəndə dəli kimi. Odur ki, hər şey qaydasındadır. Mən də pandemiyanın profilaktikasında soğan, sarımsaq, zəncəfil deyənlərə bildirirəm: soğan çox yeyiləndə ürəyə ağrı verir, sarımsaq çox yeyiləndə qara ciyər və öd kisəsi xəstələrinə ziyan edir. Şəxsən mən 40 ildir ki, dilimə sarımsaq vura bilmirəm, sancılanıram. Çünki məndə xolesistid var. Zəncəfil isə çox içiləndə həm qan təzyiqini qaldırır, həm də qaşınmalar verir. Zəncəfillə çox zarafat etmək olmaz. Ən yaxşısı aptekdə satılan dərmanlardır. Odur ki, biz Covid-19-u uğurla qarşılayıb, uğurla da yola salmaq işində imkanlarımızı artırmaq məqsədilə bir neçə profilaktiki təklifi oxucuların nəzərinə çatdırmaq istəyirik.

Çay sodası və ya natriumhidro-karbonat terapiyası

Natriumhidrokarbonat (NaHCO3) və ya çay sodası tərkibində limfositlər olan qanın plazmasının əsas komponentlərindən biridir. Məlum olduğu kimi, limfositlər orqanizmdə immun funksiyası daşıyıcılarıdır.

Keçən əsrin ortalarında çay sodasından, bəzi xəstəliklərin müalicəsində xalq arasında geniş istifadə olunurdu. Mədəsində izafi turşuluq olanlar ilıq suya soda töküb içir və xeyli yüngüllük tapırdılar.

Son illər tibb elmində müxtəlif xəstəliklərin və patologiyaların çay sodası ilə müalicə üsulları geniş tədqiq olunur.

Qida və ya çay sodası, natrium kationu ilə hidrokarbonatın anionunun birləşməsi olub orqanizmdə turşuluq-qələvilik sisteminin tərkibinə daxildir. Sodanın sağlamlaşdırıcı təsiri hidrokarbonatın anionunun (karbonat turşusu) – HCO3̄ orqanizmin qələvilik ehtiyatını artırır. Belə ki, böyrəklər vasitəsilə xlor anionunun izafi hissəsi və uyğun olaraq natrium kationları kənar olunur, şişlər çəkilir, yüksək qan təzyiqi düşür. Bu qida sodasının kaliumu saxlama effekti hesabınadır. Nəticədə hüceyrələrdə biokimyəvi və bioenergetik proseslər bərpa olunur, orqanların və toxumaların qanla təminatı yaxşılaşır. İnsanların halı və işgörmə qabiliyyəti artmış olur. Bu nəticəyə keçən əsrin 70-ci illərində Moskvanın Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafed-rasının əməkdaşları gəlmişdilər. Onlar xroniki qlomerulonefritdə, pielonefritdə, xroniki böyrək çatışmazlığında natriumhidrokarbonatdan istifadə edirdilər. Xəstələrin halı yaxşılaşırdı, böyrəklərin turşuları ayırma funksiyası yaxşılaşır, böyrək yumaqcıqlarının süzmə qabiliyyəti artır, şişlər çəkilirdi.

Tibbi təcrübədə uzun illərdir ki, bir sıra ağır xəstəliklərdə: pnevmaniyada, miokardın infarktında, septik hallarda və s. xəstəliklərdə vena daxilinə 4%-li natriumhidrokarbonatın məhlulu vurulur. Bu zaman asidoz (zəhərlənmə) aradan qalxır, turşuluq-qələvilik balansının qələviliyə tərəf sürüşməsi hesabına tarazlıq bərpa olunur. Nəticədə bir çox insanlar həyata qayıtmış olur. Hüceyrələrdə kalium çatışmazlığı aradan qalxır, natrium artıqlığı ləğv olunur, energetik proseslər bərpa olunur ki, bu da orqanizmin tam bərpasına gətirib çıxarır.

Bəzi həkimlər mədə turşuluğu az olanların çay sodası içməsini məsləhət görmürlər. Güman edirlər ki, çay sodası mədənin selikli qışasının turşutörətmə funksiyasına mənfi təsir göstərə bilər. Digərləri isə, bu fikirlə razılaşmayaraq sodanın miqdarının düzgün seçilməsinin əsas rol oynadığını bildirirlər.

Tədqiqatların nəticələri göstərir ki, çay sodası adicə turşuluğu neytrallaş-dırır, mədənin turşuyaratma funksiyasına heç bir təsir göstərmir. Yəni qorxulu bir şey deyil.

Bütün hallarda sodanın müsbət effekti hüceyrələrin oksigen sərfinin artması, ürək-damar sisteminin fəaliyyətinin normallaşması, sidiklə natrium və xlor ionlarının ifrazının çoxalması, qanın plazmasında kalium ionlarının sayının artması ilə izah olunur. Müəyyən edilmişdir ki, natriumhidrokarbonat kaliumu qoruyub – saxlamaq effektinə malikdir. Çay sodasından hipertoniya xəstəliyində, ürək-damar xəstəliklərində, peritonitdə, şəkər xəstəliyində, xroniki böyrək xəstəliklərində və vestibulyar aparatın müxtəlif pozğunluqlarında və s. çox effektli nəticələr almaq olur.

Çay sodası karbondioksidin qandan ciyərlər vasitəsilə çıxarılmasında iştirak edir, asidozu azaldır və tədricən aradan qaldırır.

Uzun müddət soda qəbul etdikdə qanda hüceyrə immunitetini qaldıran leykositlərin, limfositlərin sayını artırır ki, bu da qanın plazmasında, hətta uzun müddət ət və balıq məhsulları yeyilmədikdə belə, zülalın səviyyəsini xeyli yüksəldir.

Müxtəlif xəstəliklərin profilaktika və müalicəsində sodanın tətbiqi

Qələviləşdirmə bütün zərərli yığımların damarlarda, onurğa sütununda, qara ciyərdə və böyrəklərdə əridilməsinə xidmət edir. Çay sodası ilə radikulitləri, osteoxondrozları, poliartritləri, podaqraları, revmatizmləri, böyrək və öd kisəsi daşları xəstəliklərini, bağırsaqlarda, sidik kisəsində və axarlarda olan problemləri müalicə etmək olur.

Soda bütövlükdə orqanizmin turşuluq-qələvilik balansını bərpa edir. Sağlamlığının qədrini bilənlər mütləq pH (pe-haş) balansına nəzarət etməlidirlər.

Asidoz (lat. – turş deməkdir) – turşuluq-qələvilik tarazlığının pozulmasının formalarından biridir və orqanizmdə turş xassəli maddələrin mütləq və ya nisbi artımı ilə səciyyələnir. Orqanizmin daxili mühitinin pH-nın səviyyəsindən asılı olaraq asidoz kompensə olunmuş və ya kompensə olunmamış ola bilir. Kompensə olunmuş asidozda qanın pH-ı fizioloji normanın (pH=7,35÷7,45) aşağı həddinə doğru sürüşmüş olur. Daha böyük sürüşmələrdə (pH<7,35 olduqda) asidoz kompensə olunmamış sayılır. Artıq pH<7,25 (güclü asidoz) olduqda qələviləşdirici terapiya aparılmalıdır. Yəni venaya sutka ərzində 5 qramdan 40 qrama qədər soda məhlulu vurulmalıdır. İnsan qanının turşuluq-qələvilik göstəricisi, normal halda, pH=7,35÷7,47 intervalında olmalıdır. Əgər qanda pH<6,8-dirsə (qan çox turş sayılır, güclü asidoz deməkdir) ölüm baş verir. Hazırda insanların böyük əksəriyyətində pH<7,35-dir.

Mənşəyinə görə qaz, qeyri- qaz və qarışıq asidozları fərqləndirirlər. Qaz (tənəffüs) asidozu ağ ciyərlərin qipoventilyasiyasından, yəni CO2-nın orqanizmindən kifayət qədər xaric olunmamasından və ya orqanizmə normadan artıq CO2 və ya qaz qarışıqlarının daxil olmasından baş verir. Bu zaman CO2-nın qanda parsial təzyiqi artmış olur, başqa sözlə, hiperkapniya baş verir.

Qeyri- qaz asidozunun aşağıdakı formaları mövcuddur: metabolik, ifrazat və ekzogen. Metabolik asidoz toxumalarda turş məhsulların artıqlığı yarandıqda, xüsusən məhsul artıqlığında, keton maddələri (ketoasidoz), süd turşuları orqanizm tərəfindən kifayət qədər mənimsənilmədikdə baş verir.

Bütün hallarda müalicə asidoza səbəb olan pH sürüşmələrinin aradan qaldırılması ilə həyata keçirilir. Bunun üçün qana hidrogen (H+) ionlarını azal-dan hidrokarbonat və ya natrium laktat məhlulları yeritmək lazımdır.

Asidoz və ya orqanizmin zəhərlənməsi psixi hallardan da baş verə bilər. Məsələn, qorxu hissi, narahatlıq, əsəbiləşmələr, narazılıq, paxıllıq, kin, nifrət və digər neqativ emosiyalardan. Birinci növbədə psixi enerji azaldığından böyrəklər sidik vasitəsilə xeyli miqdarda soda ayırır, pH-tarazlığı pozulur. İnsanlar özlərini kəskin – zəhərli baxışlardan, kinli sözlərdən qorumalıdırlar. Bütün bunları və yuxarıda deyilənləri nəzərə alaraq profilaktika üçün sutkada 3-5 qram soda içmək məsləhətdir.

Asidozun əlamətləri: dilin ağarması, gücsüzlük, bədəndən və ağızdan xoşa gəlməz iylərin gəlməsi, qorxu hissi, depressiyalar, əsəb gərginlikləri, yaddaşsızlıq və s.( koronavirusun əlamətləri ilə üst-üstə düşür)-dir. Çay sodası bütün bu halları aradan qaldırır, pH tarazlığını qələviliyə doğru sürüşdürür. Qələvi orqanizmdə suyun H+ və (OH)- ionlarının dissosiasiyası amin qələviləri, amin turşuları, zülallar, fermentlər RNT və DNT nukleidləri hesabına artır. Sonda bütün həzm sistemində turşuluq azalır.

Sağlam orqanizmlərin həzm sistemində həzm etdirici şirələr istehsal olunur. Onikibarmaq bağırsaqda həzm prosesi qələvi mühitdə baş verir. Orada mühiti pankreatik şirə, öd və onikibarmaq bağırsağın selikli qişasının şirəsi yaradır. Bütün bu şirələr yüksək qələvilik reaksiyasına malikdir. Pankreatik şirənin hidrogen göstəricisi pH=7,8÷9,0-dur. Bu şirənin fermentləri (amilaza, lipaza, tripsin, ximotripsin) yalnız qələvi mühitdə təsir göstərir. Normal halda ödün də reaksiyası qələvidir (pH=7,5÷8,5). Yoğun bağırsağın sekreti də güclü qələvi mühitdir və pH=8,9÷9,0-dır. Asidoz vaxtı öd turşlaşır və pH=6,6÷6,9 tərtibində olur. Bu həzm prosesini korlayır. Keyfiyyətsiz həzm prosesinin keyfiyyətsiz məhsulları qara ciyərdə, öd kisəsində və böyrəklərdə yığımların (daş) əmələ gəlməsinə gətirib çıxarır. Həm də turş mühitdə bağırsaq qurdları artıb-çoxalır. Turş orqanizmdə ağız suyu da turş olur ki, (pH=5,7÷6,7) bu da dişlərin emalını korlanır. Qələvi orqanizmdə ağız suyunun pH=7,2÷7,9 tərtibində olur ki, bu da dişləri xarab olmaqdan qoruyur.

Soda orqanizmi qələviləşdirir. Orqanizmin qələvi ehtiyatı artdıqda sidik də qələviləşir. Sidik kisəsinin və böyrəklərin fəaliyyəti yaxşılaşır.

Bizim apardığımız təcrübələr göstərir ki, buğda toxumlarının şişməsi və cücərməsi mühitin pH-ından güclü asılıdr. Eyni zamanda bir neçə petri qablarında pH = 5; 6; 7; 7,5; 8 və 9 olan məhlullarda yumşaq (Əzəmətli) və bərk (Şiraslan-23) buğda növləri islatmışdıq. pH=7 (24 saat saxlanılmış su) olduqda hər iki buğda növü üçün cücərən buğdaların sayı N-in t zamanından asılılığı (N=f(t)) xətti xarakter daşıyır. Yumşaq buğdaların cücərməsinin zamandan asılılığının bucaq əmsalı, bərk buğdalara nisbətən xeyli çoxdur. Yumşaq sortun bütün toxumları (100) təxminən 16 saata, bərk buğdalarınkı isə 36 saata cücərir.

Turş mühitdə, yəni pH<7 olduqda da tam cücərmə baş verir, lakin şişmə və cücərmə prosesləri xeyli ləng gedir. Qələvi mühitdə isə pH>7 olduqda, hətta pH=7,5 halında belə, şişmə və cücərmə baş vermir. Hər iki növün buğdaları bərkiyir və qaralır. Bundan belə bir nəticə çıxartmaq olar ki, orqanizmlərdə və ya ayrı-ayrı orqanlarda pH>7 seçməklə yeni yaranmaların qarşısını almaq olar. Virusları və mikrobları tənəffüs sisteminin girişində ağzı yaxalamaq, qarqara etmək və burun deşiklərini soda məhlulu ilə islatmaqla (damızdırmaq) məhv etmək olar. Bir stəkan suya bir kofe qaşığı (1 qram) soda töküb üzərinə qaynar su alıb sodanı söndürdükdən sonra stəkanı soyuq su ilə doldurun və hazır qoyun, yeri gəldikcə qarqara edin, nəfəs yollarını yuyun.

Sodanın qəbulu qaydası

Sodanın qəbulu 1/5 çay qaşığından başlanır. Əgər turşuluğunuz çoxdursa, bir həftəyə dozanı ½ çay qaşığına qədər artıra bilərsiniz. Qorxmaq lazım deyil. Müsbət təsiri tezliklə görəcəksiniz. Proses bağırsaqların təmizlənməsi ilə baş-layır.

Orqanizmi çay sodasına öyrətmək üçün birinci həftə yalnız səhərlər 1/5 çay qaşığı, ikinci həftə ½ çay qaşığı, üçüncü həftə ½ çay qaşığı səhər və axşam yeməkdən yarım saat qabaq, IV həftə gündə üç dəfə ½ çay qaşığı.

Çay sodasından boğaz ağrılarında, zökəm vaxtı qarqara etməklə, müxtəlif stomatitlərdə, bronxitlərdə, konyuktivitlərdə, yanıqlarda da istifadə etmək olar. Bir stəkan suya bir kofe qaşığı (1 qram) soda töküb qaynar su ilə söndürün, üzərinə su alın, məhlulu hazır qoyun, lazım gəldikcə qarqara edin, nəfəs yollarını yuyun.

Müasir ozon və hidrogen-peroksid terapiyaları

Hazırda bir sıra xəstəliklərin müalicəsində oksigen təminatının artırılmasından (oksigenasiyadan) istifadə edilir. Orqanizmin oksigen təminatını doyma halına çatdırmaq üçün bir sıra həyat funksiyalarına ardıcıl nəzarət edən xeyli bahalı cihazlarla təchiz edilmiş barokameralardan istifadə edilir. Əlbəttə, barokamera müalicəsi bahalı olduğundan çoxsaylı insan kütləsi üçün deyil. Lakin mahiyyətcə ondan heç də geri qalmayan, hətta bəzi parametrlərinə görə bir sıra üstünlüklərə malik olan ozon və hidrogen-peroksid terapiyaları oksigenasiya əsasında kifayət qədər effektli müalicə edə bilir və tətbiq olunmağa layiqdirlər.

Hər iki terapiya növü yeni deyil

Ozon (O3) və ozon terapiyası. Ozon qazı 1785-ci ildə holland alimi Mak Van Marun tərəfindən kəşf, 1869-cu ildə isə bazelli professor Sonbeyn tərəfindən təsvir edilmişdir. Biz vaxtilə, ozonun fiziki, kimyəvi, fiziki-kimyəvi xassələri haqqında yazmışıq. Dərman kimi ozondan birinci dəfə I Dünya müharibəsi illərində istifadə edilmişdir. Keçən əsrin 20-30-cu illərində ozon qərbi Avropada və Rusiyada (əsasən professor Çejevski tərəfindən) tədqiq edilmiş və onun çoxlu sayda tətbiq sahələri aşkar olunmuşdur. Son otuz ildə isə ozon terapiyası başqa müalicə üsullarına nisbətən nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Təbii olaraq sual doğa bilər: “bəs nə üçün birdən-birə ozonla müalicə ön plana çıxdı?”. Yəqin ona görə ki, ozonlaşdırma zamanı cavanlaşma, sağlamlaşma və müxtəlif xəstəliklərin müalicəsinin paralel gedişi aşkar edildi, digər tərəfdən ozonun orqanizmə təsir mexanizmi öyrənildi. Məlum oldu ki, ozon üçatomlu oksigen molekulu olduğundan, güclü oksidləşdirmə qabiliyyətinə malikdir və orqanizmə təsiri iki istiqamətdə baş verir: birinci, güclü oksidləşdirmə qabiliyyətinə malik olduğuna görə bakteriya, virus və göbələkləri məhv etməsi, ikinci isə, hüceyrələri oksigenlə lazımınca tə-min etməsidir. Bütün xəstəliklərin müalicəsi məhz bu iki faktorun hesabına baş verir. Meçnikov hüceyrələrin həzmetmə funksiyasını – faqositozu kəşf etdikdən sonra müəyyənləşdirildi ki, leykositlərin faqositlər adlanan hüceyrələri (növləri), mikrobları və yad cisimləri udur, özlərində həll edir. Başqa sözlə, faqositlər zərərli maddələri emal edir. İbtidai canlılarda faqositlər həzm prosesini yerinə yetirir. Faqositoz əsəb xəstlikləri ilə sıx bağlıdır. Əsəb sistemi pozulduqda və ya stress halı baş verəndə faqositoz zəifləyir. Odur ki, əksər xəstəliklər ancaq stress halında baş verir. Ozon orqanizmə daxil edildikdə, bu proseslər təbii, daha da intensivləşir, başqa sözlə, bədənin müdafiə qabiliyyəti – immuniteti və faqositlərin aktivliyi artır. Yad cisimlərə, və hüceyrələrə təsir dedikdə, ilk növbədə, xərçəng xəstəliklərinin (xüsusilə dəri xərçənginin) və müxtəlif başqa şişlərin müalicəsi, dəridə olan sızanaqlar, irinli yaralar, derma-titlər, ekzemalar ozonla asan müalicə olunur. Ozon orqanizmdə antivirus sistemi olan interferonun yaranmasına güclü təkan verir. Orqanizmdə interferon istehsalı dayanan kimi, müxtəlif başqa xəstəliklər baş qaldırır. Digər tərəfdən, ozon qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, nəticədə hüceyrələrin oksigenlə təminatı yüksəlir, başqa sözlə, hüceyrələrdə maddələr mübadiləsi yaxşılaşır, demək, narkotik-alkoqolik və başqa mənşəli intoksikasiyaları azaldır. İnsulin terapiyası alan xəstələrin belə, şəkərini normallaşdırır. Bir-iki seansdan sonra şəkər sürətlə düşür. Bu baxımdan, kəskin və xroniki hepatitlərdə, qaraciyərin serrozunda belə, ozon çox təsirlidir, çünki bu zaman qanın intensiv təmizlənməsi prosesi gedir. Osteoxondrozları, radikulitləri, artoartritləri, çiyin-kürək perikartritlərini, poliartritlərin müxtəlif növlərini, tromboflebitlərin və arteriyaların müxtəlif xəstəliklərini də ozon vasitəsi ilə müalicə etmək olar. Xüsusilə, sınıqlar, çıxıqlar, əzələ və sümük gərilmələri, burxulmalar, cərrahiyyə əməliyyatlarından sonra tikiş yerlərinin müalicəsində ozon əvəzedilməzdir. Onun vasitəsilə qadın xəstəlikləri, xroniki venoz xoraları, prostatitlər olduqca sürətlə sağalır.

Qanı ozonlaşdırmaq, ozonu dəri altına yeritmək, əzələlərə və oynaqlara vurmaq belə, mümkündür. Son zamanlar pulmonoloqlar bronxiti, bronxial astmanı və vərəmi də ozon vasitəsilə müalicə edirlər. Başqa sözlə, ozon çoxsahəli preparatdır.

Ozonla müalicə antibiotiklərlə müalicədən daha xeyirlidir, çünki antibiotiklər virusla zədələnmiş hüceyrələri öldürməklə yanaşı, həyat üçün vacib olan mikrobları da məhv edir. Koronavirusun tənəffüs sisteminin girişində məhv edilməsi üçün ozon əvəzsizdir. Bunun üçün gündə bir neçə dəfə ozon mühitində 3-5 dəqiqə müddətində dərindən nəfəs almaq kifayətdir. Bütün müalicə növlərində başlıca məsələ, verilən ozonun qatılığının, reaksiya müddətinin, dozasının seçilməsi və mümkün qədər lokal verilməsidir. Hazırda ən əsas məsələ ölkənin ozonatorlarla təmin edilməsidir. Bizim kifayət qədər ozon texnologiyası ilə məşğul olan ixtisasçılarımız var. Tezliklə ozonatorların istehsalına keçmək lazımdır.

Hidrogenperoksid (H2O2) və terapiyası. Hidrogen-peroksid oksigenin böyük maraq doğuran birləşmələrindən biridir. Hidrogen-peroksid çox davamsız birləşmə olub asanlıqla disproporsiyalaşma reaksiyası üzrə parçalanır. O, qatılığı 50% dən çox olan sulfat turşusunun elektrolizindən və suyu elektrik boşalması aralığından keçirməklə alınır. O-O rabitəsinin enerjisi (210 kC/mol) O-H rabitəsinin enerjisindən iki dəfə azdır. Hidrogen-peroksidin tətbiqi başlıca olaraq, onun oksidləşdirici xassəsinə əsaslanır. Məsələn, tibbdə dezinfeksiyaedici və qankəsici preparat kimi, texnikada parça və tüklərin ağardılmasında, məsaməli materialların (penoplast) hazırlanmasında və s. istifadə olunur. Hidrogen-peroksid adətən, 3 və 30 faiz (perihidrol) məhlul halında istifadə olunur və apteklərdə yetərincə ucuz qiymətə satılır.

Bütün deyilənləri nəzərə alaraq, hidrogen-peroksidin hazırda tibbdə tətbiqi haqda daha geniş söhbət açmaq qərarına gəldik.

Hidrogen-peroksidlə müalicənin tarixi təxminən 200 ildir. 1811-ci ildə fransalı alim Nitsen heyvanlar üzərində təcrübələr aparmış, hidrogen-peroksidi venaya vurmuşdur. Nitsenin yazdığına görə, heyvanlarda heç bir ciddi nəzərə çarpan dəyişiklik və ya ziyan aşkar edilməmişdir. 1916-cı ildə isə, ingiltərəli həkim Stebbinq H2O2–ni insanın venasına vurmuşdur. Stebbinq yazır: “düzgün istifadə edildikdə, H2O2 xəstələrə nəzərə çarpacaq qədər kömək edə bilir”. Bundan başqa, uzun müddət (xüsusilə, müharibə illərində) H2O2-dən ən effektli antiseptik kimi yaraların təmizlənməsində istifadə edilmişdir. Çoxlu sayda laborator və klinik araşdırmaların nəticələri göstərir ki, hidrogen-peroksid vasitəsilə aşağıdakı xəstəliklərlə mübarizə aparmaq olar: kəllə-beyin damarlarının xəstəlikləri, altsqeymer xəstəliyi, ürək-damar xəstəlikləri- stenokardiya, ürəyin aritmiyası, xroniki bronxit, emfizema, astma, qrip, dəmirov, kəmərvari dəmirov, şəkərsiz diabet, QİÇS, səpələnmiş skleroz, artrit, parkinson xəstəliyi, miqren və ayrı-ayrı allergiyalar.

Beləliklə, hər iki terapiya növünün müalicə etdiyi xəstəliklərin siyahısını müqayisə etsək görərik ki, müalicənin mexanizmi hər iki halda eynidir. Bütün hadisələrin kökündə atomar oksigen durur. Atmosfer oksigeni molekulyar olduğundan, onun bütün xassələri atomar oksigenin xassələrindən kəskin fərqlənir. Atomar oksigen çox güclü anti-oksidantdır və orqanizmdə bütün patogen floranı məhv edir. Orqanizmə ozon və hidrogen-peroksid daxil olduqda, hər iki halda (O3 = O2 +O və H2O2 = H2O+O) atomar oksigen ayrılır. Hüceyrələrdə, qanda, orqanlarda və nəhayət, bütün orqanizmdə oksigen artıqlığı yaranır.

Ozon və hidrogen-peroksid terapiyası zamanı dozaların düzgün seçilməsi ən ümdə və ən başlıca məsələdir.

Antibiotiklərin kəşfindən sonra hidrogen-peroksid bir müddət sanki unudulmuşdu. Son illər Amerikada doktor Farr, Rusiyada isə prof. J.P.Neumıvakin hidrogen-peroksid terapiyasını yeni və çox effektli terapiya səviyyəsinə qaldırdılar. Onlar göstərdilər ki, hidrogen-peroksid orqanizmə nəzərə çarpacaq dərəcədə kömək edir, xəstəliklərlə mübarizə aparmağı asanlaşdırır. O, orqanizmin bütün sistemlərinin (endokrin, qan dövranı, həzm, limfatik, immun və energetik) balanslaşmasını asanlaşdırır.

Artıq, elmi olaraq isbat edilmişdir ki, hidrogen-peroksid qanın katalizində iştirak edərək oksigeni ayırır, o da qanla birlikdə hərəkət edərək bilavasitə təmasda olduğu hüceyrələrin, xüsusilə, ürək əzələlərinin oksigenlə təminatını artırır. Bundan başqa, o, oksidləşmə detoksikasiyasını həyata keçirir, arteriyaların divarlarında lipidləri oksidləşdirir, bununla da ateresklerozun qarşısını alır, xərçəng hüceyrələrini, bakteriyaları və virusları məhv edir. Hidrogen-peroksidin bioorqanik proseslərdə yeni, unikal töhfələri təbabətdə inqilabi sıçrayışların təməlini qoyur.

Professor J. P. Neumıvakin hidrogen-peroksidi aşağıdakı qaydada içməyi məsləhət görür: gündə 3 dəfə yeməkdən 30-40 dəq. öncə 50 mq (1/4 stəkan) qaynanmış ilıq suya 1 damcı 3 faizli hidrogen-peroksid əlavə edib içməli. Sonra, hər gün bir damla artıq hidrogen-peroksid əlavə edilir və beləliklə, damlaların sayı 10-a çatdırılır və on gün ardıcıl içilir. İki-üç gün fasilədən sonra 10 damla olmaqla, gündə üç dəfə yenidən içilir və s. Göstərilən doza uzun müddət içilir. Ən ağır xəstəliklərdə, 2-3 gün ara verməklə aylarla müalicə davam etdirilir. Hidrogen-peroksid terapiyasının ən başlıca tələbi orqanizmin şlaklardan təmizlənməsidir. Başqa sözlə, bağırsaqlar və öd kisəsi yuyulduqdan sonra bu müalicəyə başlamaq olar.

Ağız nahiyəsi və boğazda olan xəstəlikləri müalicə etmək, pandemiya vaxtı profilaktika məqsədilə 50 mq suya 1 çay qaşığı 3% -li hidrogen-peroksid əlavə edib, həmin məhlulu 2 dəqiqə ağızda (bir neçə dəfə olmaqla) saxlamaq, qarqara etmək, burun deşiklərini yumaq lazımdır.

Bədənin müxtəlif nahiyələrində, oynaqlarda və s. ağrılar olduqda, çox qat tənzifi 3 faizli hidrogen-peroiksiddə isladıb 15-20 dəqiqə kompres kimi qoymaq olar. Xəstəlik xronikidirsə, 50 mq suya 1 çay qaşığı hidrogen-peroksid qatıb yenə tənzifi isladıb üstünə sellofan qoyaraq üstündən yun parça ilə bağlayıb səhərə kimi saxlamaq lazımdır. İndi bir çox klinikalarda hidrogen-peroksidi qana da vururlar. Biz isə, ozon və hidrogen-peroksid terapiyasının kompleks variantını təklif edirik. Başqa cür desək, öncə təxminən bir ay, sözsüz, daxili təmizləmə aparmaqla hidrogen-peroksid müalicəsi aldıqdan sonra, bütün bədəni ozon kamerasına salmaq lazımdır. Bu üsul güclü depressiyalarda, dəri xəstəliklərində osteoxondrozun ağır formalarında və insultun müxtəlif mərhələlərində, xərçəng xəstəliyinin müalicəsində çox effektli nəticələr verir.

Ozon terapiyası əsasən müalicəxanalarda, çay sodası və hidrogenperoksid terapiyaları isə hər gün, gündə bir neçə dəfə olmaqla ev şəraitində də müntəzəm istifadə oluna bilər. Biz təklif olunan terapiya növlərinin hamısından istifadə edirik. Nəticələr qənaətbəxşdir.

Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Son xəbərlər
Bütün xəbərlər »