Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya dövründə iqtisadi itkilərimiz nə qədər olub? - Ekspert rəyi

Ölkədə karantin rejimi tətbiq olunmağa başlayanda itisadiyyat naziri Mikayıl Cabbarov karantin rejiminin ölkə ÜDM-nə gündə 150 milyon manat ziyan vurduğunu bildirmişdi.Statistikaya görə, ÜDM-in son 3 aylıq həcmi 4,2 milyard manat və ya 22 faiz azalıb. İş yerlərinin bağlanması ilə vətəndaşların sosial vəziyyətinin gərgin olduğunu anlamaq çətin deyil. Bəs ölkəmizin itkiləri nə oldu?.Hamımıza toxunan bu zərbənin həcmi nə qədərdir?

2020-ci ilin mart-aprel-may aylarında 14,9 milyara manatlıq ÜDM istehsal olunub. Bu ötən ilin müvafiq dövrünə nisbətən 5 milyard manat azdır.

Karantin dövründə yəni 2020-ci ilin mart ayında iqtisadi itkilərimiz 884 milyon manat, aprel ayında 1,6 milyard manat,may ayında 1,7 milyard manat təşkil edib.

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlunun Bizimyol.info-ya verdiyi açıqlamaya görə,bir ay ərzində 3,2% -lik azalma göstərici böyük rəqəmdir.O bildiri ki, BVF ölkəmizdə illik azalmanı 2,2% olaraq qiymətləndirib. “Hazırda 1,7 % azalma var. İlk ayın nəticələri bəlli olanda azalmanın daha çox olduğunu müşahidə edəcəyik.Turizmdə hələki canlanma gözləməyə dəymir.Tənəzzül uzun müddət davam edəcək. Çünki sərhədlər birdən- birə açılmayacaq və ölkəmizin əhalisinin də pandemiyadan sonra səyahət üçün maddi imkanlarının geniş olduğunu demək çətindir”.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə azalmanın rəqəmlərdə əks olunandan daha çox olduğunu düşünür.

“Azərbaycanda hər şey neft qiymətlərindən asılıdır.Azərbaycanda ÜDM-nin formalaşmasında neftdən sonra tikinti və xidmət sektoru böyük rol oynayır. Martın 15-dən sonra bizdə bu sahələr demək olar ki, işləmir.ÜDM-in formalaşma sürəti demək olar ki sıfırlanıb.

İtkilər sənayedə 25,4%, tikintidə 17%,turizmdə və ictimai iaşə sahəsində 41% təşkil edib.Rusiya və Qazaxıstanda ÜDM-nin azalması daha kəskin oldu.Çünki neftdən asılıdırlar.Rusiyada bu ilin sonuna 6-7% azalma gözlənilir.

Rusiya kimi ölkədə bu qədər azalma varsa, bu Azərbaycanda daha çox olacaq. Kənd təsəsrrüfatında da azalma olacaq. Çünki, yollar bağlı olduğu üçün məhsullar kənddən paytaxta və digər ölkələrə aparıla bilmir. Lakin bu sektora dövlət pandemiya dövründə yardım göstərmədi. Halbuki göstərilməliydi”.

ÜDM –nin azalması vətəndaşlara necə təsir göstərəcək?Bu sualı cavablandıran ekspert bildirdi ki, ÜDM-nin həcminin böyük olması ondan vətəndaşlara düşən payın çox olması deməkdir. Yəni maaşlar arta bilir, inkişaf sürətlənir və.s. Azalanda isə gəlirin azalması dövlətin xərclərin azalması deməkdir. Yəni sosial layihələr ləngidilir, maaşlar azalır. Ona görə dünya ölkələri ÜDM-nin formalaşmasına böyük diqqət göstərirlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »