Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadə Filip vəzifələrini gəlininə təhvil verib

Britanıya kraliçası II Elizabetin həyat yoldaşı, 99 yşlı Edinburq hersoqu Filip hərbi vəzifələrini gəlini Kornuoll hersoqu Kamillaya təhvil verib.

Bizimyol.info xəbər verir ki, Vindzor sarayında keçirilən təhvil vermə zamanı 99 yaşlı şahzadəyə hərbidəki 67 illik fəaliyyətinə görə təşəkkür edilib. Həyat yoldaşı şahzadə Çarlzla Şotlandiyada səfərdə olan Kamilla vəzifəni qəbul etdiyini açıqlayıb.

2017-ci ildən şahzadə Filip rəsmi tədbirlərə qatılmayacağını açıqlayıb.

Qeyd edək ki, şahzadə Filip Britaniya kral ailəsinin üzvləri arasında ən uzunömürlü şəxsdir.

Son xəbərlər
Bütün xəbərlər »