Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq bağçasında cəza üçün oğlanlara qız paltarı geyindiriblər - Foto

Rusiyanın Arxangelsk vilayətində uşaq bağçasında iki oğlana qarşı fiziki təzyiq olub.

Onlara cəza üçün zorla qız paltarı geyindiriblər.

Uşaq bağçasında cəza üçün oğlanlara qız paltarı geyindiriblər

Bizimyol.info xəbər verir ki, hadisə Kotlas şəhərindəki “Rodniçok” uşaq bağçasında baş verib. Arxangelsk vilayətinin qubernator yanında uşaq məsələləri üzrə səlahiyyətli nümayəndəsi Olqa Smirnova faktı təsdiqləyib. Onun sözlərinə görə, valideynlərdən birinin müraciətindən sonra hadisədən xəbər tuta biliblər. Ana oğlu ilə yanaşı, daha bir oğlan uşağının xüsusi formada cəzalanması haqda məlumat verib. Onları şıltaqlıq etdiklərini bəhanə gətirərək soyundurub qız paltarında uşaqların qarşısına çıxarıblar. Uşaq bağçasının rəhbərliyi də bundan xəbər tutub, amma heç bir reaksiya verməyib.

Prokurorluqda Smirnovaya əsas günahkarın məsuliyyətə cəlb olunduğunu deyiblər. Səlahiyyətli nümayəndə videogörüntülərə baxdığını, təkcə bir nəfərin günahkar olmadığını bildirib. Onun dediyinə görə, kadrlarda gözə uşaq bağçasının müdiri və daha 3 nəfər dəyir. Müəssisədən hadisəni özünəməxsus şəkildə izah ediblər. Oradan Smirnovaya deyiblər ki, uşaqlara oğlanlar və qızlar arasındakı fərqi başa salmağa çalışırlarmış.

Son xəbərlər
Bütün xəbərlər »