Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim Yol"un əməkdaşı təltif olundu

Məlum olduğu kimi, Prezident İlham Əliyev Milli Mətbuatın 145 illiyi münasibətilə bir qrup media işçisini orden, medal, fəxri ad və diplimlarla təltif edib.

Təltif olunanlar arasında "Bizim Yol" qəzetinin-bizimyol.info saytının əməkdaşı Gülnarə Əmir qızı Məmmədova da var. O, "Tərəqqi" medalına layiq görülüb.

Gülnarə Məmmədova artıq 20 ildirki, media sahəsində çalışır. Jurnalist fəaliyyətinə "Bizim əsr" qəzetində başlayıb. 2003-cü ildən "Bizim Yol" qəzeti ilə ştatdankənar əməkdaşlıq edib, 2007-ci illərdə isə qəzetin daimi əməkdaşlığına keçib.

Fəaliyyəti dövründə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, eləcə də, ayrı-ayrı dövlət qurumlarının və özəl şirkətlərin keçirdiyi yazı müsabiqələrində fəal iştirak edib, qalib və həvəsləndirici mükafatlara layiq görülüb. Yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların xəttilə keçirilən çoxsaylı təlim və trenniqlərdə sertifikatlar qazanıb. Türkiyə, Misir, Gürcüstan və Ukraynada yaradıcılıq ezamiyyətlərində olub.

Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarının, sərgilərin və konfransların işıqlandırılmasında fəal iştirak edib. Xüsusilə, müxtəlif illərdə siyasət, biznes, idman, turizm və mədəniyyət sahələrinə dair xəbərlər və yazılar hazırlayıb.

"Bizim Yol" kollektivi iş yoldaşları Gülnarə Məmmədovanı təbrik edir və yeni uğurlar arzulayır!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »