Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
BMT-nin həyəcan təbili: dünyada meşələrin sahəsi azalır - Video
mese---0-0-0

Son 30 ildə dünya meşə sahəsi 178 milyon hektar itirib. Yəni planetdə meşələrin ərazisi 4 faiz azalıb.

Bizimyol.info xəbər verir ki, BMT bununla bağlı həyəcan təbili çalır. Beynəlxalq təşkilatın hesabatı ciddi narahatlıqdan danışır.

Hesabatda vəziyyətin xüsusilə Afrikada və Cənubi Amerikada ağırlığından söz açılıb. Konqo Demokratik Respublikasında, Braziliyada meşələrə daha çox zərər dəyib.

Buna baxmayaraq, bəzi ölkələrdə sürətin aşağı düşməsi bir az ümid yaradır. Çində, Avstraliyada, Çilidə, əksinə, meşə sahələri artmağa başlayıb.

Meşə təsərrüfatı üzrə mütəxəssis Anssii Pekkarinen də bədbin danışmaq istəməyib: “Yaxşı xəbərlərdən biri odur ki, qorunan meşə sahələrinin faizi 18-ə çatıb. İtkilər əvvəlki qədər sürətli də deyil”.

BMT-nin qiymətləndirməsinə görə, meşələr quş növlərinin 75, məməlilərin isə 68 faizinin evidir. İnsanlar üçün bu həm də ərzaq təhlükəsizliyi və yoxsulluqla mübarizə baxımından əhəmiyyətlidir.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »