Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya dövründə evdə işləyənlər ofislərə qayıtmaq istəmir

Pandemiya erası özü ilə yeni qaydalar gətirdi. Evdə işləyənlərin sayı artdı.

Sosial araşdırmalar göstərir ki, “homeoffice” formatına üstünlük verənlər indi özünü daha rahat hiss edir. Onlar bu yolla stressi azaltdığını düşünürlər.

Bizimyol.info xəbər verir ki, pandemiya dövründə evdə işləyənlər ofislərə qayıtmaq istəmir. Almaniyanın DAK sağlamlıq sığortası qurumunun araşdırması belə deməyə əsas verir. Yolda vaxt itkisinin olmaması, ailəyə daha çox zaman ayrılması, stress yaradacaq şəraitin azalması “homeoffice” formatının üstünlüklərindən sayılır.

DAK-ın sorğusunda 7 min nəfər iştirak edib. Onların 21 faizi normal həyat dönəmində işdə stress yaşadığını bildirib. İndi bu faiz 15-ə düşüb. Stressə meylli olmayanların və ya ümumiyyətlə, az gərginlik yaşayanların faizi isə 48-dən 57-ə yüksəlib.

Koronavirus günlərində evdə işləyənlərin 56 faizi daha məhsuldar olduğunu söyləyib. Araşdırmanın nəticələrini şərh edən DAK-ın icraçı direktoru Andreas Storm da belə düşünür. Onun fikrincə, ruhsal baxımdan balans yaratmaq üçün də evdə işləmək çox əhəmiyyətlidir. Amma məsələnin mənfi tərəfi də var. Özəl həyatla işin sərhədləri pozulur. Bundan şikayət edənlər də az olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »