Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya diplomatik etiketə də təsir göstərdi

Dünyanı öz təsiri altına alan pandemiya diplomatik etiketə də öz təsirini göstərib. Rusiya XİN rəhbəri Sergey Lavrovun iranlı həmkarı Cavad Zəriflə görüşü bunun bariz nümunəsidir.

Bununla bağlı maraqlı fotonu İranın xarici işlər naziri “Twitter” hesabında paylaşıb.

Xatırladaq ki, İranın XİN başçısı Məhəmməd Cavad Zərif dünən Rusiyada olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“30-cu dəfə Moskvada olmağımdan məmnunam”, - deyən Məhəmməd Cavad Zərif bütün xarici işlər nazirləri arasında Rusiyaya səfərlərin tezliyinə görə rekorda imza atdığını vurğulayıb (bundan əvvəlki Rusiya səfəri iyunun 16-da baş tutmuşdu).

Sergey Lavrov da diplomatiyanın işini çətinləşdirən pandemiyaya baxmayaraq, iranlı həmkarı ilə təmasların intensivliyinə diqqət çəkib.

Danışıqların gündəliyi ənənəvi olub: İranın “nüvə sazişi”, həmçinin, Suriyadakı və bütövlükdə bölgədəki vəziyyət. Fərqlilik yalnız Rusiya ilə İran arasında təxminən 20 il əvvəl bağlanmış ikitərəfli müqaviləyə yenidən baxılması məsələsində olub.

Ancaq C.Zərif yalnız danışıqlar üçün Moskvaya səfər etmədiyini vurğulayıb.

O, Rusiya Prezidenti Vladimir Putinə iranlı həmkarı Həsən Ruhanidən mesaj gətirdiyini deyib, lakin məktubun təfərrüatı açıqlanmayıb. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »