Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada vaksinin sınağı uğurla həyata keçdi - Video
Koronavirus

Dünya koronavirusla ciddi mübarizə aparır. COVİD-19 üzərində qələbə üçün vaksinin tapılması çox vacibdir.

Deyəsən, Oksford Universiteti dünyada milyonlarla insanı sevindirə biləcək.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyada vaksinin sınağı uğurla həyata keçib. Epidemiyaya qarşı dərman vasitəsini hazırlayanlar bunun çox təhlükəsiz olduğunu, ikiqat immun cavabı xüsusiyyətini vurğulayırlar.

“Reaksiyalar bizi çox qane etdi. Bütün bunları müşahidə etmək xoş idi. Bu vaksinlə işləmək olar”, - universitetin direktoru, professor Edrien Hill belə deyir.

Vaksinin sınağında təxminən 1000 nəfər iştirak edib. Onların arasında Oksfordda yaşayan Vayni ailəsinin üzvləri də var. Keti, Toni və onların qızı Riannon könüllü kimi müraciət etmişdilər. “Euronews”a danışan Riannon Vayni həyəcanlandığını, özünü çox xoşbəxt hiss etdiyini dilə gətirib.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 15 milyon nəfərə yaxınlaşır. Təxminən 615 min nəfər həyatını itirib.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »