Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamının sərvəti 200 milyard dollara yaxınlaşır

Ceff Bezos keçən il həyat yoldaşı Makkenzidən ayrılanda onun sərvəti xeyli azalmışdı.

Çünki dünyanın ən zəngin insanı var-dövlətinin bir hissəsini qadınla bölüşməli olmuşdu. Amma qlobal böhran Bezosa düşüb.

Ceff Bezos Ceff Bezos

Bizimyol.info xəbər verir ki, dünyanın ən varlı adamının sərvəti 200 milyard dollara yaxınlaşır. “Amazon” şirkətinin rəhbəri az qala hər gün bir az da varlanır. Həftə başlayandan onun sərvəti daha 13 milyard dollar artıb. İndi Bezosun 189 milyard dolları var.

“Amazon”un səhmləri qlobal böhran dövründə böyük dəyər qazanıb. Karantin günlərində onlayn alış-veriş şirkətin gücünü xeyli artırıb. Təbii ki, bu vəziyyət həm də Bezosa sərvətini artırmaq imkanı yaradıb. Dünyanın ən varlı adamı ilin əvvəlindən var-dövlətinə 74.4 milyard dollar əlavə edib. Halbuki bir epizodda Biil Qeytsi irəli buraxmışdı. “Microsoft”un rəhbəri bir neçə gün ən zəngin insanların siyahısına başçılıq etmişdi. İndi Qeytsin sərvətinin 118 milyard dollar olduğu bildirilir.

Bill Qeyts Bill Qeyts

Makkenzi Bezosun da işləri yaxşı gedir. Ceffdən boşananda təxminən 36 milyard dollar əldə edən qadın indi siyahıda 13-cü yerdədir.

Ceff Bezos və Makkenzi Bezos Ceff Bezos və Makkenzi Bezos

Onun 63.1 milyard dolları var.

Son xəbərlər
Bütün xəbərlər »