Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da etirazlar yenidən başladı: mağazaları soyurlar - Video
ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video

Mayın sonlarında, iyunda ABŞ-da qaradərili Corc Floydun öldürülməsinə görə böyük etiraz aksiyaları olmuşdu.

Hətta qətli həyata keçirən polis əməkdaşının həbsi də insanları sakitləşdirməmişdi.

Bizimyol.info xəbər verir ki, ABŞ-da etirazlar yenidən başlayıb. Sietl şəhərində küçəyə minlərlə insan çıxıb. Onlar özünü aqressiv aparıb. “Twitter”də paylaşılan videolar da belə deməyə əsas verir. “Amazon” və “Starbucks” mağazalarına hücum olub.

Videolardan birində mağazaların necə soyulması görünür. Etirazçılar şüşələri sındırır. Kadra düşən qadınlardan birinin əlindəki şüarda polisə etiraz var. Etirazçılardan biri sifətinin görünməsindən narazı qalır və video çəkən şəxsin kənara çəkilməsini istəyir.

Corc Floyd mayın 20-də öldürülmüşdü. Polis əməkdaşı Derek Şovin dizini onun boğazına dirədiyindən, qaradərili boğulmuşdu. Asayiş keşikçisi məhkəmə qərarı gözləyir.

Minneapolisdə işləyən Derek Şovin əvvəllər cəmi üç dəfə insanlara atəş açıb. Polis əməkdaşı Corc Floyda qədər bir dəfə adam öldürüb.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »