Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
190 manat avqustda verilməyəcək, çünki insanlar normal həyata qayıdacaq

İyulun20-də saat 17:30-da Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, DİM-in mətbuat xidmətinin rəisi, Səhiyyə Nazirliyinin Aparat rəhbəri yeni məlumatlar açıqlayırb.

Bizimyol.info-nun məlumatına görə, brifinqdə 190 manat müavinətlərin verilməsində yaranmış problemdən danışılıb.

Bəzi insanlar xəstəlik və ya icazə ala bilməməsi səbəbi ilə may ayında verilmiş müavinəti ala bilmədiyinə görə, kartları bloklanıb və pulu ala bilməyiblər. “Bu vəsait vətəndaşa yardım üçün verilmişdisə, nə üçün geri çəkildi, kart bloklandı?”. Bu sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, o vəsait bank hesabında yığılmaq üçün verilməmişdi.

“O pul verilmirdi ki, o bank hesabında əmanətə çevrilsin. Lakin vətəndaş vacib səbəblərdən çıxa bilməyibsə, ƏƏSMN-ə müraciət etsin və əminəm ki , ədalətli qərar veriləcək. İyul ayına qədər ödənişlər edilib. Avqustan isə insanlar öz normal fəaliyyətlərinə qayıda bilərlər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »