Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gecə getdim, gördüm istidir..." - Nazilə Səfərli şəhid generalın anasından küsüb

Şairə Nazilə Səfərli sosial şəbəkədə onu qınayanlara cavab verib.

Sfera.az xəbər verir ki, o, şəhid anasına göndərdiyi hədiyyənin geri qayıtmadığını deyib:

"Niyə bir-birimizi incidib reklam tuturuq. Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə? Getmişəm bir şəhidin qapısına, gecə ilə. Bunu paylaşmışdım da. Niyə bilib-bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir. Fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, səndən küsmüşəm, payımı geri çevirdin. O da qayıtdı ki, pay geri çevirmərəm, evdə adamlar çox idi".

Qeyd edək ki, şairənin şəhid general Polad Həşimovun anası ilə foto paylaşması, ona kondisioner hədiyyə göndərərək bunu sosial şəbəkədə deməyi birmənalı qarşılanmayıb.

Son xəbərlər
Bütün xəbərlər »