Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda bina çöküb - Ölü və yaralılar var

Pakistanın Azad Kəşmir ştatının Mirpur rayonundakı şadlıq sarayının binasının çökməsi nəticəsində ən azı 3 nəfər ölüb, daha 19 nəfər dağıntılardan xilas edilib.

Redaktor.az xəbər verir ki, bundan əvvəl 15 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

Bildirilib ki, hadisə zamanı 50-dən çox işçi binanın yenidən qurulması ilə məşğul olub. Ölənlər arasında binanın sahibi və oğlu da olub.

Son xəbərlər
Bütün xəbərlər »