Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktyor da cəbhəyə getmək üçün ərizə verdi – Mən ölərəm, vətən yaşayar

Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından olan Rəşad Səfərov da bu günlərdə könüllü cəbhəyə getmək istəyən insanların dəstəsinə qoşulub. Aktyor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri şöbəsində qeydiyyatdan keçib.

Bizimyol.info-ya danışan Rəşad Səfərov bu gün bütün azərbaycanlıların öncəliyinin vətən olduğunu vurğulayıb. “O gecənin təxribatla başa çatmasına üzüldüm, amma sevindiyim məqamlar daha çox oldu. Bizim vətəndaşlıq ruhumuz bir qığılcıma bənd imiş. Bu insan selinə baxdıqca düşündüm ki, kimsə bizi yenə bilməz, Ali Komandan əmr etsə, biz bir gecədə Şuşaya çata biləcək qədər əzmkarıq, iradəliyik.

Rəşad Səfərov Rəşad Səfərov

Şəxsən mənə gəlincə, mən hərbçi ailəsində böyümüşəm. Atam Əfqanıstan, sonra Qarabağda döyüşüb. Mən qazi polkovnikin oğlu olmağıma fəxr edirəm. O döyüşlərdə bir ayağını itirib, mən canımı verməyə hazıram. Əsas vətən sağ olsun. Mən bilirəm ki, vətən uğrunda şəhid olsam vətən yaşayacaq və o mənim övladlarıma sahib çıxacaq. Vətəni azad olan yetim qalmaz. Bu gün bu müharibəni gələcəyimiz olan balalarımıza qoyub getməmək üçün döyüşmək, şəhidlərimizin qisasını almaq istəyirəm. Ali Baş Komandanın əmrini gözləyirəm. Yenidən xidmətə və şəhid olmağa hazıram. Mən ölərəm, biz ölərik, amma vətən yaşayar”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »