Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa dövlətində uşaqsız ailələrin sayı artır

Almaniyada uşaq doğumu ilə bağlı rəqəmlər nikbinliyə əsas vermir. Uşaqlı ailələrin sayı azalıb. Ümumiyyətlə, nikaha, nəsil artımına marağın böyük olmaması diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, son 20 ildə 18 yaşına qədər uşağı olan ailələrin sayında 1.1 milyon azalma qeydə alınıb. Evlilərin sayında da eyni tendensiya müşahidə edilib.

Almaniya Federal Statistika İdarəsinin açıqladığı rəqəmlər ölkədə ciddi müzakirəyə səbəb olub. Rəqəmlər ailə institutunun zərərinə işləyir. Almaniyada ümumilikdə 8.2 milyon uşaqlı ailənin olduğu müəyyənləşib. Halbuki 20 il əvvəl say 1.1 milyon çox idi.

Almaniyada bir valideynin idarə etdiyi xeyli ailənin olması qeydə alınıb. 6.7 milyon cütlüyün 940 mini nikaha ehtiyac duymayıb.

Evli cütlüklərin də sayında azalma var. 1999-cu ildə say 1.6 milyon çox olub.

Son xəbərlər
Bütün xəbərlər »