Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda məscidləri bağlayıblar

Türkmənistanda pandemiya ilə bağlı ciddi tədbirlər planı həyata keçirilir. Hərçənd, hökumət ölkədə virus olduğunu etiraf etmək istəmir.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda məscidləri bağlayıblar. Bundan başqa, digər dinlərə məxsus məbədlər, ritual yerləri də qapısına qıfıl vurub. Ölkənin bir çox yerlərində restoranlar və banket zalları da bağlanıb. Təyyarə və avtomobillərlə hər yerə tərkibində xlor və sodium hipoxlorit olan məhlul səpilir.

Orta Asiya ölkəsində açıq deyilməsə də, məhz koronavirusa görə belə addım atılır. Türkmənistan Səhiyyə Nazirliyi tədbirləri havada tozluluğun faizinin artması ilə əlaqələndirib.

Türkmənistanda hələ mayda virusla bağlı şayiələr yayılmışdı. Danışılanlara görə, məmurlar ailələrini kənar yerlərə köçürür. Bir neçə gün əvvəl isə yerli telekanallar maska taxmağı öyrətməyə başlayıb. İctimai nəqliyyatda maska taxmaq məcbur olub. Bir çox dövlət tədbirləri təxirə salınıb.

Son xəbərlər
Bütün xəbərlər »