Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Amerika ölkəsində özbaşınalıq: mafiya karantin rejimini pozanları güllələyir

Cənubi Amerikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri keçib. Təkcə Braziliyada say 2 milyona çatıb. Peruda, Çilidə, Kolumbiyada, Argentinada vəziyyət çox pisdir.

Bizimyol.info xəbər verir ki, Kolumbiyada karantin rejiminə mafiya nəzarət edir. Pablo Eskobarın vətənində qanunsuz qruplaşmalar qaydaları pozanları güllələməyə başlayıb. “Daily Mail” azı 9 nəfərin öldürüldüyünü yazıb. Öldürülənlərdən 3-ü parkda gəzərkən gülləyə tuş gəlib. Mafiyanın qəzəbinin hədəfi olan sakinlərdən 2-si Venesuela vətəndaşı imiş. Onlar mobil telefonların təmiri dükanında işləyirmiş.

Kolumbiyanın 32 ştatından 11-də karantin rejimi tətbiq olunub. Amma nəzarət məsuliyyətini hökumətdən çox, qanunsuz qruplaşmalar üzərinə götürüb. Mafiya bütün sakinlərin “WhatsApp” nömrəsinə xəbərdarlıq mesajı göndərib. Ərzaq mağazasında və aptekdə işləyənlərdən başqa heç kimə küçəyə çıxmağa imkan vermirlər. Kartel üzvləri hətta küçələri də bağlayıb.

“Human Rights Watch”un Mərkəzi və Latın Amerikası üzrə direktoru Xose Migel Vivanço deyir ki, mafiya bu məsələdə səmimi deyil, sadəcə, pandemiyadan istifadə edərək ayrı-ayrı yerlərə nəzarəti gücləndirirlər. Digər tərəfdən, qruplaşma üzvləri virusun çox yayılmasından da ehtiyat edirlər.

İndiyə qədər Kolumbiyada 165 mindən çox insanda infeksiya aşkarlanıb. Ölənlərin sayı 6 minə yaxınlaşır.

Son xəbərlər
Bütün xəbərlər »