Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“XİN diplomatiyanın taktik üsullarından istifadə edərək Prezidentin tapşırıqlarını yerinə yetirməlidir” - Deputat

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkəmizin xarici siyasət strategiyasını müəyyənləşdirən şəxs cənab Prezident İlham Əliyevdir. Ölkə rəhbərinin həm dünən keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında qeyd etdiyi və həm də əvvəllər dəfələrlə vurğulamış olduğu istiqamət və hədəf xarici siyasətin yol xəritəsidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.

Ramil Həsən - Deputat Ramil Həsən

Deputat qeyd edib ki, dövlət başçısının atmış olduğu addım, onun verdiyi təlimat nəinki Xarici İşlər Nazirliyi (XİN), ölkənin xarici siyasət strategiyasının həyata keçirilməsində aktiv rol oynayan beynəlxalq təşkilatlardakı bizim nümayəndələr, diplomatik korpuslar, konsulluqlar, Milli Məclis və parlamentdə mövcud olan, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən deputatlar, ümumiyyətlə ölkənin xarici siyasət sferalarında yer alan şəxslər üçün “yol xəritəsi” olaraq qəbul edilməlidir: “Bu ilin martın 10-da dövlət başçısı parlamentdə çıxışı zamanı xarici siyasətlə bağlı fikirlərini açıq və aydın şəkildə bəyan etdi. Ölkəmizin xarici siyasətini bilavasitə həyata keçirən rəsmi hökumət strukturu kimi Xarici İşlər Nazirliyi də bu məsələdə dövlət başçısının vermiş olduğu mesajları açıq və net şəkildə qəbul etməli, bu mesajlardan irəli gələn məsələlərin həllinə bilavasitə kömək edəcək açıq və aydın hücum diplomatiyasının bütün taktik üsullarından və formalarından istifadə edərək dövlət başçısının tapşırıqlarını yerinə yetirməlidir.

Ümumiyyətlə, cənab Prezident nə deyir? Dövlət başçısı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması ilə bağlı Xarici İşlər Nazirliyinin və xarici siyasət strategiyasının hücum diplomatiyasına söykənməsinin vacib şərt olduğunu bəyan edir.

Dövlət başçımızın dünən xalqla bölüşdüyü fikirlər, Prezidentin siyasətini həyata keçirtməyə borclu olan, bu istiqamətdə bilavasitə məsuliyyət daşıyan dövlət strukturları, o cümlədən Xarici İşlər Nazirliyi üçün ciddi və açıq siqnal olacaq, Xarici İşlər Nazirliyi və onun bütün strukturları bundan nəticə çıxaracaq. Dövlətimizin hücum diplomatiyasının bütün imkanlarından istifadə edərək ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırılmasına, beynəlxalq təşkilatlarla münasibətlərin dünyada mövcud olan ikili standartları da əsas götürərək mövcud olan obyektiv mövqeyini formalaşmasında aktiv rol oyanacaqdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »