Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vaqif Dərgahlı: "Bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var"
Vaqif Dərgahlı

"PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var. Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı şərh edərkən deyib.

“Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”, - deyə V.Dərgahlı qeyd edib.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »