Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abbas Musəvi: “Regionun əlavə qarşıdurmaya dözümü yoxdur”

“Son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından sonra İran Xarici İşlər Nazirliyi (XİN) bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran XİN-in sözçüsü Abbas Musəvi İranın Ərdəbil əyalətində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran qarşıdurma baş verəndən sonra iki tərəfi təmkinli olmağa dəvət edib və gərginliyin azalacağına ümid edir.

A. Musəvi qeyd edib ki, İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »