Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün sənəd qəbulu bu gün başa çatır

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16 iyul günün sonunadək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2020-ci il tarixində onlayn müsahibə və iştirakçıların ümumi intellekt səviyyəsinin ölçülməsi üçün onlayn test imtahanı keçiriləcək.

Müsabiqə barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »