Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi: Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib
Vaqif Dərgahlı

“Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar”.

Bunu APA-ya Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq deyib.

"Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb”, - deyə V. Dərgahlı vurğulayıb.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »