Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: “Hamı işdə idi, amma Xarici İşlər nazirini tapa bilmədim”

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı iradlarını bildirib. Dövlət başçısı nazirin iş başında olmadığını deyib.

Bizimyol.info xəbər verir ki, Prezident Nazirlər Kabinetinin iclasında bir çox məsələlərə toxunub. O, Xarici İşlər nazirindən narazılıq ifadə edib.

“Köməkçim Hikmət Hacıyevlə gündə, bəlkə də, on dəfə əlaqə saxlayırdıq. Xarici İşlər Nazierliyi nə ilə məşğul idi? Harda idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Xarici İşlər nazirini mən tapa bilmədim...”

İlham Əliyev Elmar Məmmədyarovun harada olması barədə fikir bildirmək üçün Baş nazir Əli Əsədova söz verib. Baş nazir deyib ki, o, Xarici İşlər naziri ilə telefonla danışarkən E.Məmmədyarov evdən işlədiyini bildirib: “Soruşdum, dedi ki, mən evdən işləyirəm. Elmar Məmmədyarova sizin (prezidentin-red.) dediklərinizi dedim. Soruşdum ki, bu hadisəni nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-7-də Hikmət Hacıyevlə telefonla danışıb. Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz, biz hamımız iş yerindəyik, prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et. Soruşdum ki, evdən niyə işləyirsiniz, gəl iş yerinə, kabinetinə. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur”.

Son xəbərlər
Bütün xəbərlər »