Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaralanan erməni hərbçilərin vəziyyəti ağırdır

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı cəza tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, döyüşdə yaralanan 10 hərbçidən 1-nin vəziyyəti kəskin ağır, 5-nin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi ümumilikdə 4 hərbi qulluqçusunu itirdiyini etiraf etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »