Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qusardan qayıdan Nura cərimələnib

İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, sürücü Bakı şəhər sakini Aynurə Surinin və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib. Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar.

Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşlar.

Son xəbərlər
Bütün xəbərlər »