Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şəhidlər ölməz, Vətən bölünməz
General-mayor Polad Həşimov

General –mayor Polad Həşimov həyatını vətəninə, torpağına vicdanla qulluq etməklə başa vurdu və insanlığın ən böyük zirvəsi - şəhidlik zirvəsinə ucaldı

Bu gün generalımızı qarşılamağa gələnlər günorta saatlarından başlayaraq, ata otaçağına evinin qabağına axışıblar. Vidalaşmaq üçün Vəndama Qəbələ, Ağdaş , Göyçay və Bakıdan gələn minlərlə insanlar əllərində Azərbaycan bayraqları ilə axışıb.

Çox təəssüf edirəm ki, onu sağ ikən tanıya bilmədik.O sağlığında hamının hörmətini qazandı.

Sadəliyi ilə seçildi. Polad Həşimov canını, qanını bu vətən üçün xərclədi. Hə özünə ev, nə maşın, nə də dəbdəbəli həyat istədi. Nə kimə rüşvət verdi, nə kimdən rüşvət aldı. Kirayə qaldı, metrodan istifadə etdi.

Ancaq iş üçün xidməti maşından istifadə etdi. Döyüşlərdə əsgərlərin qayğısın çəkdi. Hər zaman onların yanında oldu. Əsgərlərə öz hesabına şərait yaratdı. Onlara qardaş oldu. Əsgərlərlə birgə odun kəsib, yemək payladı. Onların qaldığı yeri, ayaqyoluna kimi öz xərci ilə təmir etdi. Özünü həmişə əsgər kimi apardı.Tovuzda gedən döyüşdə də əsgərin önünə keçdi, şəhid oldu.

Cəbhədə öz şəxsi puluna postlar qurdu. Aprel döyüşlərində göstərdiyi şücaətə görə medalla təltif olunan Həşimova ev verilsədə, onu ehtiyacı olan şəhid ailəsinə bağışladı. Polad Həşimovun ailəsi Vəndamda yaşayır və 2 uşağı var. Özü isə Sumqayıtda kirayədə qalaraq, xidməti işləri ilə, döyüçlərdə iştirak edirmiş. Onun başqa genarallarımızdan fərli olaraq, yenicə , yarım qalmış sadə bir formada evi var.

Şəhidimizin 3 övladı var.

Allah şəhidimizə rəhmət etsin!

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »