Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İƏT Ermənistan Silahlı Qüvvələrinin sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Respublikasının Silahlı Qüvvələrinin iyulun 12-dən 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə tutması nəticəsində hərbçilərin həlak olması və yaralanmasına səbəb olan hərəkətlərini, eləcə də sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib.

APA-nın İƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, İƏT-in Baş Katibi Yusif bin Əhməd Əl-Osaymin erməni təcavüzü nəticəsində şəhid olan hərbçilərin ailələrinə başsağlığı ünvanlayıb və yaralılara ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyib.

Baş Katiblik İƏT-in və BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə və qərarlarına istinad edir, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

Son xəbərlər
Bütün xəbərlər »